Çaylı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti
başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən
hesabat yığıncağında 2019-cu ildə görülmüş işlər müzakirə olunub və 2020-ci ildə
qarşıda duran vəzifələrdən danışılıb. E.Cəfərov adına Çaylı kənd 2 nömrəli
tam orta məktəbdə keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının,
idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Yığıncağı
aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə
məlumat verilib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar
səmimi arzularını çatdırıb, ən xoş ürək sözlərini bildirib. Qeyd edib ki, hər
il olduğu kimi yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün uğurlu bir
il olmuşdur. Rayon rəhbəri qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin olduğu
Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün
sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru
inamla irəlilədiyini bildirib. İcra başçısı qeyd edib ki, yanvarın 13-də cənab Prezident
İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı
zamanı ölkə başçısının söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan
gündən-günə inkişaf edir. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda
həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz
münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz
çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə
dinamik inkişafın təmin olunduğunu bildirmişdir. İcra başçısı bildirib ki, cari ilin əvvəlindən sosial istiqamətdə böyük
addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və
martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün
müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət
büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin
ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki,
sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə
minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200
manata çatdı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqqlarında növbəti
addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı
və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi
faktına rast gəlinməmişdi. Bu
onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının
qayğısı ilə yaşayır və çalışır ki, onların sosial rifah halı durmadan
yaxşılaşsın. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd
edən icra başçısı ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait
yaradıldığını bildirib. Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı
ilə 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin uğurlu siyasətin və
gənclərə olan qayğının bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, bu Sərəncam
ölkə
başçısının gənclərə yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə
ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatının sosial-ictimai həyatın bütün
sahələrində aktiv və səmərəli fəaliyyətinin təşkilində mühüm rol oynayacaq və gənclərə
geniş imkanlar yaradacaq. İcra
başçısı respublikamızda olan inkişafın bölgələrimizdə də davam etdiyini, o
cümlədən Qazaxda bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib. Bildirib ki, bu gün rayonda elə bir sahə yoxdur
ki, orada inkişaf, tərəqqi olmasın. Bunu istər sosial
obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil,
səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə
əsas verir. 2016-2019-cu illərdə
rayonda aparılan abadlıq və quruculuqdan söz açan icra başçısı bu sahədə görülən
işlərin ildən-ilə daha geniş miqyas aldığını vurğulayıb. 2019-cu il üçün
yaddaqalan hadisələri çatdıran icra başçısı rayonda ən böyük layihələrdən biri
olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin
tikintisinin yüksək səviyyədə başa çatmasını, yenə də böyük layihələr hesab
edilən su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi
avtomobil yolunun çəkilişlərini rayonumuz üçün əlamətdar hadisə kimi qeyd edib. Rayon rəhbəri Qazaxda
istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə
tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti
tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP”
MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq”
MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun
istifadəyə verilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən
yeni tikilən fabrikin inşasını rayonda işsizliyin aradan qaldırılması istiqamətində
həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin
uğurla icra edildiyini bildirən icra başçısı bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun adına
şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə
verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən
180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini göstərib.
Rayon rəhbəri V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin də əsaslı
şəkildə təmiri nəzərdə tutulan məktəblər sırasında olduğunu bildirib. Bağçalarda aparılan əsaslı
yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2019-cu ilin bu
sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90
yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli
kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı
kimi göstərib. Vurğulayıb ki, beləliklə, son 3 ildə rayon üzrə olan 25
bağçadan 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını
bildirib. İcra başçısı qeyd edib
ki, bu gün bir neçə kənd var ki, bağçanın açılmasına böyük ehtiyac var. Çaylı və
Bala Çaylı kəndləri də həmin kəndlər sırasındadır və bu sahədə məqsədyönlü işlərin
görülməsi nəzərdə tutulub. Əvvəlki illərdə rayonda suvarma
ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması
sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu
ildə də davam etdirildiyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli
Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra
başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar,
Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının
qazıldığını qeyd edib. Son 3 ildə rayonda 60-dan artıq subartezian
quyusunun qazıldığını, bu işlərin 2020-ci ildə də davam etdiriləcəyini və Çaylı
kəndində də nəzərdə tutulacağını vurğulayıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və
qazla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə
görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmənin 100 faiz başa çatdığını
qeyd edib. Rayon rəhbəri Dövlət Proqramında əksini tapan məsələlərdən birinin
də məhz SİP kabelləşmə olduğunu vurğulayıb. Digər kəndlərdə olduğu kimi,
Çaylı və Bala Çaylı kəndində də SİP kabelləşmənin tam başa çatdırılacağını
bildirib. Çaylı kənd İƏD-si üzrə nümayəndə əvəzi
Ceyhun Binnətov hesabat məruzəsi ilə çıxış edərək yola saldığımız 2019-cu ilin respublikamız,
eləcə də Qazax rayonu üçün yaddaqalan tarixi hadisələrlə zəngin olduğunu
bildirib. Bu nailiyyətlərin ölkə başçısının uzaqgörən, məqsədyönlü daxili və
xarici siyasətindən irəli gəldiyini, ölkəmizin 2019-cu ildə həm daxili, həm də
xarici siyasətində bir çox uğurlara imza atdığını qeyd edib. Müstəqil Azərbaycan
dövlətinin gündən-günə inkişaf etməsini, dünya dövlətləri sırasında qabaqcıl
yer tutmasını və suveren bir dövlət kimi dünya əhəmiyyətli tədbirlərə ev
sahibliyi etməsini bütün bunların bariz nümunəsi kimi göstərib. C.Binnətov qeyd edib ki, tarixi qədim
olan Qazax mahalının köklü kəndlərindən biri də Çaylı və Bala Çaylı kəndləridir.
Çaylı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Çaylı və Bala Çaylı kəndləri
yerləşir. İki kəndin birlikdə
inzibati ərazisi 2411 hektarlıq sahəni əhatə edir. Nümayəndəliyin ərazisində
9160 nəfər əhali yaşayır, əhalinin 4488 nəfəri kişilər, 4672 nəfərini isə
qadınlar təşkil edir. Ərazidə 2577 təsərrüfat, 1 bələdiyyə, 3 tam orta məktəb,
1 folklor evi, 1 folklor klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 2 poçt və 2
rabitə şöbəsi fəaliyyət göstərir. 2019-cu ildə görüləcək işlər haqqında
iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar
keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar
qəbul edilmişdir. İcra nümayəndəliyi üzrə
2019-cu ildə 2651 arayış verilmiş, 33 məktub daxil olmuşdur və aidiyyatı üzrə
cavablandırılmışdır. Vətəndaşlardan 28 yazılı, 32 şifahi müraciət daxil
olmuşdur. Hesabat dövründə 137
doğum, 73 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda
hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport
qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal–qara və quşlar uçota
alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmış və rayon Statistika
İdarəsinə məlumat verilmişdir. Nümayəndəlikdə 3 tam orta məktəb fəaliyyət
göstərir. V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbdə 273 şagird təhsil
alır. 64 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi
bitirən 24 nəfər məzundan 8 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 1 nəfər
- Carçıyev Babaxan Fuad oğlu 645 bal toplayaraq Azərbaycan Tibb Universitetinə
daxil olmuşdur. 2 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir. E.Cəfərov adına Çaylı kənd 2 nömrəli
tam orta məktəbdə 588 şagird təhsil alır. 101 nəfər müəllim təlim–tərbiyə işləri
ilə məşğul olur. Keçən il məktəbi bitirən 32 nəfər məzundan 12 nəfəri ali məktəblərə daxil
olmuşdur. Onlardan 1 nəfər - Babayeva Günel Yasin qızı 634 bal toplayaraq Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.
2 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. S.Həsənov adına Bala Çaylı kənd tam
orta məktəbdə 142 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 47 nəfər
müəllim məşğul olur. Keçən il məktəbi bitirən 12 nəfər məzundan 9 nəfəri ali məktəblərə
daxil olmuşdur. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində
işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama
uyğun olaraq Çaylı və Bala Çaylı kəndlərinin hər birində tərkibi 5 nəfərdən
ibarət olmaqla işçi qrupları yaradılmışdır. İşçi qrupunun
yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində
işlər görmək,həll edilməyən məsələlərin həlli üçün aidiyyatı üzrə məsələ qaldırmaqdan
ibarətdir. Kənd
İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, işçi
qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə
birləşdirən yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri
aparılaraq yol kənarlarınaağac əkilmişdir.Kənd ərazisində
yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı
mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax Rayon Gigiyena və
Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq
edilmişdir. 2019-cu ildə Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı və Bala Çaylı kənd sakinləri ilə səyyar görüşlər
keçirmiş, kənd
sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlar vermişdir. Qazax Suvarma Sistemləri İdarəsi və
Çaylı SİB tərəfindən ümumi uzunluğu 26,5 km olan arxların təmizlənməsi yüksək səviyyədə
təşkil edilmişdir. Bunun da 15,35 km-i əl əməyi, 4,65 km isə texnika vasitəsilə
təmizlənmişdir. İşlər davam etdirilir. 2019-cu ildə götürülən suyun həcmi 11
milyon 442 min kubmetr təşkil etmişdir ki, bundan da 980 min kubmetr su payız
suvarmasında istifadə edilmişdir. Qazax Suvarma Sistemləri İdarəsinə 5721 manat
pul ödənilmişdir. Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı
təşkil edilmişdir. Həyətyanı və pay torpaqlarının suvarılmasında heç bir
problem olmamışdır. Lakin son dövrlər havaların quraq keçməsindən taxıl sahələrinin
suvarılması tam şəkildə həyata keçirilə bilməmişdir. Çaylı kəndində 32 artezian
quyusu, Bala Çaylı kəndində isə 3 artezian quyusu olmaqla nümayəndəlik ərazisində
35 artezian quyusu fəaliyyət göstərir. Kənd əhalisinin suvarma suyuna olan tələbatının
yaxşılaşdırılması məqsədilə 2019-cu ildə 1 ədəd Çaylı kəndində, 1 ədəd isə Bala
Çaylı kəndində subartezian quyusu qazılmışdır. 2020-ci ilin hesabına 1 ədəd
Çaylı kəndində yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Nümayəndəlik ərazisində yaşayan şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən
Yeni il, Novruz və Qurban bayramları münasibətilə bayram sovqatları
verilmişdir. Nümayəndəliyin ərazisindən
keçən Qazax-Əskipara və Qazax-Sınıq Körpü magistral yollarının kənarında təmizlik
işləri görülmüşdür. Dahi
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min
ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə əlaqədar Bakı-Tbilisi magistral yolunun Çaylı kəndi
ərazisindən keçən hissəsində əvvəlcədən ağac əkiləcək sahələr
müəyyənləşdirilərək lazımi hazırlıq işləri görülmüş, çalalar qazılmış, əkin
materalı, ağac şitil və tingləri tədarük olunaraq 700 ədəd şam ağacı
əkilmişdir. Əhalinin sağlamlığına, onların səhiyyə
xidmətinə məsuliyyəti Çaylı kənd həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə
xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım günün
tələblərinə cavab verir. Nümayəndəlik ərazisində 2019-cu ildə elektrik enerjisi və
təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Çaylı kənd poçt şöbəsi əhalidən
enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul
edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi qənaətbəxşdir. Çaylı
ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin edir. Çaylı kəndində 2048
nömrəli elektron ATS, Bala Çaylı kəndində 512 nömrəlik yeni elektron ATS və
mobil telefon stansiyaları "Azercell” və "Bakcell” fəaliyyət göstərir. Çaylı kəndində 628
abonent, Bala
Çaylı kəndində 153 abonent internet xidmətindən istifadə edir. Dünyanın istənilən ölkəsi
ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur. 2019-cu ildə Qazax
Telekommunikasiya Qovşağı tərəfindən Çaylı kəndinin yuxarı hissəsinə 50 nömrəlik telefon xətti, mərkəzi hissədə
isə 30 nömrəlik telefon xətləri çəkilmiş, abonentlərə məxsus zədəli xətlər dəyişdirilmiş,
190 metr 100-lük kabel, 90 metr 200-lük kabel xətləri dəyişdirilmiş, 12
karopka, 9 mufta qoyulub, 15 dirək yenisi ilə əvəz edilmişdir. Qazax Elektrik Şəbəkəsi tərəfindən
Çaylı və Bala Çaylı kəndlərini qidalandıran 10 kvt-lıq Bala Çaylı-Çaylı və Çaylı
hündürlük xətlərində 24 ədəd çürük ağac dayaqlar beton və metal dayaqlarla əvəz
edilmişdir. Çaylı kəndində 2 ədəd transformatorun 0,4 kv tərəfində 9000 metr uzunluğunda
SİP kabel çəkilmişdir. Kənd ərazisində təmir işləri aparılmış, xətlərə yaxınlaşan
ağacların budaqları kəsilmiş və tarımlama işləri aparılmış, vətəndaşların şikayətləri
Qazax Elektrik Şəbəkəsi tərəfindən yerində həll edilmişdir. Həmçinin 2020-ci
ildə aprel ayında kəndin təzə məhəllə adlanan hissəsində 3 km-lik SİP kabel çəkilməsi
nəzərdə tutulmuşdur. Şəmkir Regional Qaz
İstismar İdarəsi Qazax Xidmət Sahəsi tərəfindən kənd ərazisində müxtəlif
diametrli korroziyaya uğramış 740 paqonmetr uzunluğunda qaz xətləri yenisi ilə əvəz
edilmiş, diametri 50 mm olan bir ədəd sıyırtma quraşdırılmış, 128 ədəd qaz xətləri
üzərində əmələ gəlmiş sızmalar aradan qaldırılmış, 3 ədəd yeni müasir tipli qaz
tənzimləyici qurğu quraşdırılmışdır. Nümayəndəliyin Baytarlıq sahəsinə xidmət
edən işçilər əhalinin
mal-qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin
vaxtında, keyfiyyətlə aparılmasını təmin edir. Heyvandarlıq
sahəsində məhsuldarlığın artırılmasında süni mayalanmanın əhəmiyyəti böyükdür. Nümayəndəlikdə əhalinin əsas fəaliyyət
sahəsi bitkiçilik və heyvandarlıqdır. 2019-cu ilin məhsulu üçün 533 hektarda
payızlıq buğda, 30 hektarda arpa, 30 hektarda kartof, 20
hektarda qarğıdalı, 2 hektarda günəbaxan, 55 hektarda sorgo, 4 hektarda noxud,
5 hektarda bostan, 110,6 hektarda tərəvəz, 610 hektarda yonca, 471,9 hektarda
meyvə, 38,4 hektarda üzüm əkilmişdir.
20307 sentner buğda, 1275 sentner arpa, 9070 sentner kartof, 1378 sentner qarğıdalıistehsal olunmuşdur. 2019-cu ildə nümayəndəlik ərazisində tütün və barama da istehsal olunmuşdur. 4hektar sahədən 6802 kiloqram tütün təhvil verilmiş, 480 kq baramatədarük
edilmişdir. Barama istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə
aqrotexniki qaydada qulluq edilmiş, 1300 ədəd yeni tut tingi əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsal edən 749 nəfər istehsalçıya müəyyən
olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 71829,40 manat ödənilmişdir. 2020-ci ilin məhsulu üçün nümayəndəlik ərazisində 610 hektar sahə şumlanmış, 521
hektar sahədə buğda, 65 hektar sahədə arpa əkilmişdir. 01.01.2020-ci il tarixə əhali və fermer
təsərrüfatlarında 3623 baş iribuynuzu mal-qara, o cümlədən 1835 baş ana inək,
9626 baş xırdabuynuzlu mal-qara, 20 min baş quş qeydiyyata alınmışdır. Pay torpaqlarının və bələdiyyənin
istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı
məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin
sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin
əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir. Çaylı
kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd
əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində,
biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Çaylı bələdiyyəsi ilə
birlikdə həmin çətinliklər aradan qaldırılır. Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında
əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər
təşkil olunmuşdur. Haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə
təşkili məqsədilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST
İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Çaylı və Bala Çaylı
kəndindən olan 17 nəfər əməkhaqları 250 manat olmaqla "DOST İş Mərkəzi”
MMC tərəfindən işlə təmin olunmuşdur. Həmin işçilər mütəmadi olaraq Bakı-Tbilisi magistral
yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında,
kənd qəbiristanlıqlarında təmizlik işləri aparır. Bundan əlavə, Çaylı kəndinin ərazisində əkilən 4 hektar tütün sahəsinin
becərilməsində, barama saxlanılmasında yaxından iştirak etmişlər. Məruzə
ətrafında çıxış edən Çaylı kənd sakinlərindən Sahilə Orucova, Qəzənfər Qocayev,
Camoy Qurbanov, Tofiq Rəhimov, Gülnaz İsmayılova, Qayıb Civişov, Əminə
Hüseynova, Məmməd Qocayev, Məzahir Nağıyev, Bala Çaylı kənd sakini Arif Mirzəyev
hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər. 2019-cu ildə
respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah
halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Çaylı və
Bala Çaylı kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər kənddə 1 ədəd subartezian quyusunun
qazılması, kənddəki idman zalının istilik sistemi ilə təmin olunması, Çaylı kənd
2 nömrəli tam orta məktəbdə hava tənzimləyici qurğunun motorunun dəyişdirilməsi
və s. bağlı istəklərini də bildiriblər. Sakinlər tərəfindən
qaldırılan məsələləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə
baxılacağını qeyd edib. GOYEZEN.AZ
İcra başçısı bu gün rayonda olan yüksək keyfiyyətli
yollara misal olaraq Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərində çəkilən yeni asfalt yolları göstərib. Qeyd
edib ki, bir neçə kənd yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən
birində - Xanlıqlar kəndində 2 km-ə yaxın kənddaxili yola asfalt döşənir. Həmçinin
bu il sərhəd kəndi Fərəhlidə də yeni asfal yolun çəkilməsi nəzərdə tutulub.
Facebook-da paylaş