• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayonu hesabat verib

Qazax rayonunun 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib


Qazax rayonu hesabat verib
Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, bağça müdirləri, sahibkarlar, KİV nümayəndələri iştirak edib.
Qazax rayonu hesabat verib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edərək ölkə başçısının cari ilin ilk üç ayı ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirməsindən, qarşıda duran vəzifələrdən danışmasından söz açıb. 2018-ci ilin birinci rübünün rayonumuz üçün də uğurlu olduğunu qeyd edən R.Babaşov aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Qazax rayonu hesabat verib
Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Elekrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Su-kanal İdraəsinin rəisi Alı Hüseynov, “Birinci Şıxlı kəndli fermer təsərrüfatı” MMC-nin direktor müavini Səfurə Vəliyeva çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib


Facebook-da paylaş