• Təqvim

  • Maraq



Qazax rayonu hesabat verib VİDEO

Qazax rayonu hesabat verib
Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Qazax rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları nümayiş olunub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. Sonra 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə rayonda görülmüş tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunub. Dövlət Proqramında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilib. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində görülən işlərə diqqət çəkən icra başçısı Respublika Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı irəli sürdüyü tapşırıqların yerinə yetirildiyini qeyd edib.
Qazax rayonu hesabat verib
Sonra rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Aqroparkın departament müdiri İlkin Əliyev və başqaları məruzə ətrafında çıxış edərək hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açıblar.

Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Qazax rayonunda uğurla həyata keçirildiyini qeyd edib.
Qazax rayonu hesabat verib
Milli Məclisinin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə öz çıxışlarında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında görülmüş işləri yüksək qiymətləndiriblər.
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Hesabat yığıncağında çıxış edən Aşağı Salahlı kənd sakini Ayvaz Osmanov, Çaylı kənd sakini Qəzənfər Qocayev, ağsaqqallardan Sabir Məhərrəmov, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək 2017-ci ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə Ölkə Başçısına minnətdarlıq edib, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.
Sonra iclasın qərar layihəsi oxunub.

Yığıncaqda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Tədbirdə bütün iştirakçılara “Göyəzən” qəzetinin xüsusi buraxılışı olan “Qazax-2017. Dinamik inkişaf ili” adlı jurnal paylanılıb.

Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib
Qazax rayonu hesabat verib

GOYEZEN.AZ


Facebook-da paylaş