• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə sakinlərlə görüşüb


Bu gün ölkəmizdə məcburi köçkünlərə xüsusi  qayğı  ilə yanaşılır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqədyönlü tədbirlər həyata keçirilir. Bütün bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır.

Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı Əskipara kimi kəndləri düşmən tərəfindən işğal olunan Qazax rayonunun sakinləri də elan olunmamış müharibənin ağrı-acılarını uzun müddətdir ki, yaşayır. Bu gün rayonun 5 kəndi daim düşmən gülləsinin atəşi altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 287 şəhid verib.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edir. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunub. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu diqqət və qayğının bariz nümunəsidir. Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.

Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da rəhbər kimi təyin olunduğu ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, o cümlədən də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Bunu rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması deyilənləri əyani şəkildə sübut edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Aşağı Əskipara kənd sakini Front Həsənov daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək məcburi köçkünlərə yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlığını bildirib. Bütün qəsəbə sakinlərinin minnətdarlıq dolu ürək sözlərini çatdıran F.Həsənov onları narahat edən qayğılarını da çatdırıb. O, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün quraşdırılmış mağarın çadırının yenilənməsini və mağarın üstünə şifer vurulmasını qeyd edib. Sakinləri dinləyən rayon rəhbəri qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib və baxılması üçün aidiyyatı üzrə tapşırıq verib.

GOYEZEN.AZ



Facebook-da paylaş