• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, vətəndaşları narahat edən bir sıra məsələləri dinləyib.

Şəhər sakini Pirməmmədova Xəyalə İlham qızı və Dəmirçilər kənd sakini Kərimova Şəhla Kərim qızı övladlarının bağçaya götürülməsi ilə bağlı müraciət ediblər. Vətəndaşlara bağçada növbəyə yazılmaları və siyahı üzrə növbələri çatan zaman təmin oluna biləcəkləri bildirilib.

Ağköynək kənd sakinləri Eminova Zeynəb Nağı qızının evinin sənədləşdirilməsi, Əmiraslanov Rahib Zahid oğlunun torpaq məsələsi ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər iki məsələnin araşdırılmasını qeyd edib və bununla əlaqədar aidiyyəti üzrə tapşırıq verib.

Şəhər sakinləri Quliyeva Samirə Ələddin qızının, Xəlilova Humay Ludviq qızının, İravanlı Xətayə Kürd qızının, Quşçu Ayrım kənd sakini Məmmədov Paşa Məmməd oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.





 

GOYEZEN.AZ



Facebook-da paylaş