Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul
edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib. Şəhər sakinləri Qurbanova Rahilə Novruz qızının mənzillə, Hacıyeva Sevda Kamal
qızının torpaq məsələsi ilə bağlı müraciətlərinə cavab olaraq yerində baxış
keçiriləcəyi bildirilib Çaylı kənd sakini Qocayev
Qəzənfər Bəhmən oğlu subartezian quyusunun qazılması ilə bağlı müraciət edib.
Vətəndaşa qeyd olunan məsələnin "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında əksini tapdığı və növbəti illərdə Çaylı kəndində yeni subartezian
quyusunun qazılmasının nəzərdə tutulduğu bildirilib. Daş
Salahlı kənd sakini Dəmirçiyev Mahmud Xondulu oğlu övladlarının işlə təmin
olunmasına görə minnətdarlığını bildirib. Rayonda vətəndaş amilinin hər zaman
diqqət mərkəzində saxlanılmasını yüksək qiymətləndirib. Şəhər sakinləri Adamov Akif
Hətəm oğlunun, Əliyev İslam Babaş oğlunun, Mustafayeva Sinora Nəbi qızının, Yuxarı
Salahlı kənd sakini Kəlayev Şərif Əşrəf oğlunun, Aşağı Əskipara kənd sakini
Sadıqova Aybəniz Məhərrəm qızının, Hüseynbəyli kənd sakini Xuduyeva Günel
Rafayıl qızının, Xanlıqlar kənd sakinləri Qurbanova Şayəstə İsmayıl qızının,
İsmayılova Həbibə Nərman qızının, Eyyubova Mehbarə Hüseyn qızının, Ağköynək
kənd sakini Həsənova Naibə Məmməd qızının müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş