Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon
sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul
edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Qarasaqqalov Şahvələd Nazim oğlu
və Daş Salahlı kənd sakini Süleymanova Növrəstə Fərhad qızı işlə bağlı müraciət
ediblər. Vətəndaşlar rayonda fəaliyyət göstərən "Sabiroğlu” mebel sexində
müvafiq işlə təmin olunublar.
Şəhər sakini Küləşova Kəmalə Rəfi qızının
işlə bağlı müraciətinə cavab olaraq Dövlət Qulluğuna və ya Müəllimlərin İşə
Qəbulu üzrə imtahanlarda iştirak etməsi tövsiyə edilib.
Şəhər sakinləri Mustafayev Ramin Haqverdi
oğlunun, Daşdəmirli Əfqan Nüsrəddin oğlunun, Ağköynək kənd sakinləri Vəliyeva
Qənirə Seyid qızının, Nəbiyeva Naibə Heydər qızının, Hacıyeva Gülnarə Alı
qızının torpaq məsələsi ilə bağlı müraciətlərinə yerində baxış keçiriləcəyi
bildirilib və bununla bağlı aidiyyatı şəxslərə tapşırıq verilib.
Şəhər sakini Həsənova Atlas Alı qızının, Daş Salahlı kənd sakinləri Nəbiyeva Nuriyə Avaz
qızının, Qurbanova Əsli Niftalı qızının, Cəbiyeva Lamiyə Vahid qızının və həyat
yoldaşı Cəbiyev Mail Zahid oğlunun, Kosalar kənd sakini Mirzəliyeva Elmira Nəbi
qızının, Kəmərli kənd sakini Hüseynalıyev Niyazi Yolçu oğlunun müxtəlif səpkili müraciətləri
isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş