İcra başçısı N.Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbdə olub
Bu gün tam əminliklə
söyləyə bilərik ki, müstəqil Azərbaycanın gələcəyi olan uşaqlar dövlətin və
cəmiyyətin qayğısını hər zaman hiss edirlər. Çünki ölkəmizdə uşaqların
müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə
olunması məsələsi bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca
prioritet sahələrindən birini təşkil edib. Birmənalı şəkildə qeyd edə bilərik
ki, Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların
sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyüməsi üçün hər cür
şərait yaratmağa çalışıb. Son illər ölkəmizdə
Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban
Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı,
nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan sonsuz qayğının nəticəsidir
ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu
gün onun layiqli davamçıları olan dövlət başçısı və Birinci vitse-prezident
tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğını isə inşa olunan
çoxsaylı uşaq bağçalarının, məktəb binalarının, təhsil ocaqlarının simasında aydın
şəkildə görmək olar. Sevindirici haldır ki, ölkə
rəhbərinin uşaqlara olan diqqəti və qayğısı Qazaxda da olduğu kimi hiss
olunmaqdadır. Belə
ki, son 3 ildə rayonda bütün sahələrlə yanaşı bir sahə də var ki, daim diqqət mərkəzində
saxlanılır. Bu, təhsil sahəsi və gələcəyimiz olan uşaqlarla bağlı sahədir. Bəli,
bu gün minnətdarlıq hissi ilə qeyd edəcəyimiz bir həqiqət var ki, bu, rayon rəhbərinin uşaqlara
olan sonsuz sevgisi, göstərdiyi diqqət və qayğıdır. İcra başçısının uşaqlarla
görüşməsi demək olar ki, iş fəaliyyətinin əsas tərkib hissəsinə çevilib. Bu
görüşlər isə istər kəndlərdə, istərsə də şəhərdə ola bilər. Demək olar ki,
rayon rəhbərinin mütəmadi olaraq bağçalarda, məktəblərdə uşaqlara baş çəkərək
qayğıları ilə maraqlanması artıq bir ənənə halını alıb. "Uşaqlar mənim üçün ayrı
dünyadır, onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini
öz işlərində də hər zaman əyani şəkildə əks etdirir. Uşaqlarin dili ilə desək
onların sevimli Rəcəb babası olaraq əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycanın
parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə
almaları, Vətənlərinə layiqli övad kimi yetişməsi üçün hər cür şərait yaradır. Rayon rəhbərinin balaca
fidanlara olan sevgisinin bariz nümunəsini təkcə son 3 ildə Qazaxda bağçalarla
bağlı görüdüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının,
sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından
21-i müasir standartlara cavab verən səviyyədədir. Ən son bu ilin may ayında 20
yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra
balacaların istifadəsinə verilməsi bunu bir daha sübut etdi. Bağçalarda
yaradılan şərait isə rayon rəhbərinin "Uşaqlar hər şeyin ən yaxşısına layiqdir”
cümləsini əyani şəkildə göstərir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün N.Vəliyev adına şəhər 5 nömrəli
tam orta məktəbdə olub. I, II, X və XI siniflərdə təhsil alan şagirdlərlə səmimi söhbət
edərək onlara ən xoş arzularını çatdırıb. Dövlətimiz və dövlət başçısı tərəfindən
uşaqların hər an qayğı ilə əhatə olunduqlarını, bu gün müstəqil Azərbaycanda gələcəyimiz
olan uşaqların sağlam əqidədə, vətənpərvər ruhda böyümələri, tərbiyə olunmaları
üçün hər cür şərait yaradıldığını bildirib. Rayon rəhbəri ilk olaraq sinif
rəhbəri Aynur Mahmudovanın olduğu I B sinfində olub. Körpə fidanların Vətənə, şəhidlərimizə
aid söylədikləri şeirlər, vətənpərvərlik ruhunda oxuduqları mahnı böyük rəğbətlə
qarşılanıb. 26 il pedaqoji təcrübəsi olan Aynur müəllimə bütün uşaqların vətənpərvər
ruhda tərbiyə olunması, gələcəkdə ölkələrinə layiqli vətəndaş kimi yetişməsi
üçün, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə var qüvvəsi ilə çalışdığını
qeyd edib. Sinif rəhbəri Qənahət
İbrahimovanın I A sinfində təhsil alan birincilər də sevimli Rəcəb babalarını
salamlayıb, gələcəkdə böyüyəndə kim olmaq istədiklərini bildiriblər. Gələcəkdə
müəllim, həkim, hüquqşünas, şair, bəstəkar, heykəltaraş, rəssam, sərhədçi olmaq
istəyən bu balaca fidanlar bu gün dövlətin qayğısını hər an hiss edərək bu
amallar uğrunda gələcəyə doğru ilk addımlarını atırlar. Sonra rayon rəhbəri Rüxsarə
Əhmədovanın sinif rəhbəri olduğu II A sinfində elmin sirlərinə dərindən yiyələnən
şagirdlərlə də görüşüb. Şagirdlərin söylədikləri şeirləri dinləyib, onların
bilik məharətlərini izləyib. Sinif rəhbəri Gülbəniz
Abadovanın XI, Cəvahir Qəhrəmanovanın X sinfində təhsil alan şagirdlərlə görüşən
icra başçısı dövlətin, ölkə rəhbərinin gənclərə hər zaman dəstək olduğunu, bu
gün bütün sahələrdə gənc kadrlara üstünlük verildiyini bildirib. Bu gün gəncliyin
bir addımlığında dayanan onuncuların və onbirincilərin qarşısında böyük nailiyyətlər,
ən əsas da müstəqil Azərbaycanın layiqli vətəndaşı olaraq yetişmək kimi böyük
bir amal dayandığını qeyd edib. İstər təhsil aldıqları, istərsə də gələcəkdə çalışdıqları
müddətdə hər zaman Azərbaycanın, yaşadıqları rayonun, hətta, təhsil aldıqları
ali və ya orta məktəbin adını daim uca tutmağı tövsiyə edib. Builki tədris
ilində rayon üzrə ən yüksək nəticəni göstərərək 653 balla tələbə adını qazanan
məktəb yoldaşları Səma Əfəndiyeva kimi təhsil aldıqları 5 nömrəli tam orta məktəbin
uğurlarını davam etdirməyi vurğulayıb və onlara bu yolda uğurlar arzulayıb. Məktəbin direktoru Nəsibə Tağıyeva
rəhbərlik etdiyi kollektiv adından məktəblərinə gəlməsinə görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Bugünkü görüşü, körpə balaların ünvanına səslənən dəyərli
fikirləri uşaqlara olan qayğının əyani sübutu kimi qiymətləndirib. Uşaqlara
olan sonsuz qayğıya, onların parlaq gələcəyi naminə həyata keçirilən çoxsaylı
işlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
və rayon rəhbərliyinə bir daha təşəkkürlərini çatdırıb. Uşaqlarla səmimi şəkildə görüşən
icra başçısı onlarla xatirə şəkilləri də çəkdirib. Məlumat üçün qeyd edək ki,
hazırda 5 nömrəli tam orta məktəbdə 21 sinifdə 446 nəfər şagird təhsil alır.
2019-2020-ci tədris ilində bir onbirinci sinifdə 30 nəfər şagird məzun adını
qazanacaq. Birincilərin sayı isə 51 nəfərdir.
I b sinifi
I a sinifi
II a sinifi
XI sinif
X sinif
GOYEZEN.AZ
Facebook-da paylaş