Qazaxın sərhəd kəndi olan Cəfərlidə sakinlərlə səyyar görüş keçirilib
Bu gün dövlət başçısı İlham Əliyevin tapşırıq və
tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüşlərdən biri Qazaxın
sərhəddə yerləşən Cəfərli kəndində
keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak
etdiyi görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və
qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. "Artıq
bu il üzrə beşinci dəfədir ki, sizlərlə görüşürəm”, - deyən icra başçısı keçirilən
görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə keçirilən
səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə
yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da kənddəki mövcud vəziyyəti
öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək,
ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı Respublika Prezidenti İlham Əliyev
tərəfindən əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması
istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, imzalanan mühüm Fərman
və Sərəncamlardan da söz açıb. İstər 2018-ci ilin axırları, istərsə də 2019-cu
ilin ilk altı ayında sosial paketin icrası ilə bağlı imzalanmış sərəncamları, həmin
sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini
vətəndaşlara olan diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. İyunun
18-də imzalanan çoxsaylı sərəncamların əhəmiyyətini vurğulayan rayon rəhbəri
əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən sosial paketin hələ bir
hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180
manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi
ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.
İcra başçısı son illər ölkəmizdə, eləcə də
respublikamızın bütün bölgələrində işsizliyin aradan qaldırılması istiqamətində
görülən mühüm işlərdən də söz açıb. Bu gün Qazaxda istər şəhər mərkəzində,
istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan obyektləri işsizliyin
minimuma endirilməsi sahəsində görülən işlərin bariz nümunəsi kimi
qiymətləndirib. 3-ü sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça” ASC
tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən
tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə
tutulduğunu bildirib. Bundan başqa, su-kanalizasiya xəttinin və
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını
işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Son 3 ildə Qazaxda bütün sahələr üzrə uğurlu
nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı 2016-cı ildə rayonun əkin sahəsinin
14 min hektar olduğu halda, bu gün həmin sahənin genişləndirilərək 24 min
hektara çatdırıldığını qeyd edib. Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi
qüvvəsinə böyük ehtiyac olan sahələrin - baramaçılığın, tütünçülüyün,
kartofçuluğun inkişaf etdirildiyini vurğulayıb. Hazırda rayonda görülən işlərdən söhbət açan rayon
rəhbəri buna misal olaraq su-kanalizasiya sisteminin yenidən qurulmasını, "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan
5 korpusunun inşasının salınmasını və bu gün tikintinin uğurla davam
etdirilməsini göstərib. Təhsil sahəsində qazanılan uğurlardan danışan
icra başçısı bu il ali və orta ixtisas məktəblərinə 335 nəfər məzunun qəbul
olmasını, 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərməsini
həmin uğurun əyani sübutu kimi qiymətləndirib. Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbi bitirən
7 nəfər məzundan 4 nəfərin ali, 2 nəfərin isə orta ixtisas məktəbinə daxil
olaraq tələbə adını qazanmasını yüksək dəyərləndirib və məktəb kollektivinə
uğurlar arzulayıb. Çoxmənzilli yaşayış binalarında görülən işlərdən
danışan rayon rəhbəri qeyd edib ki, vətəndaşların müraciətlərinə əsasən bu gün
balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub. Bu sahədə görülən
işlər sürətlə davam etdirilir.
Sakinlərdən ağsaqqal Sabir Vəliyev, Məhəmməd
Mustafayev, Seyfəddin Vəliyev, Solmaz Mustafayeva, Elşad Mustafayev, Mehman
Nəbiyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, sərhəd
kəndində yaşayan sakinlərə daim diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o cümlədən də
Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar
yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının
təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, eləcə də digər görülən işləri
yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt
yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər.
Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham
Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin
minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla
yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.
Vətəndaşların yaşayış evinə qaz xəttinin çəkilişi, yeni çəkilən su xəttinin
təzə qazılan subartezian quyusuna qoşulması, işlə təmin olunma və digər
məsələlərlə bağlı müraciətlərini dinləyən rayon
rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
GOYEZEN.AZ
Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən
respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar,
Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı
Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılmasının
nəzərdə tutulduğunu qeyd edib. Məhz həmin kəndlərdən birinin yenə də Cəfərli kəndi
olduğunu diqqətə çatdırıb. İcra
başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar rayonda suvarma və içməli
suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun su mənbələri olan
Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq keçməsi ilə bağlı suyun
səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində rayonda su probleminin
yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan bütün imkanlardan
istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində
görülən işlərdən söz açıb. Digər kəndlərdə olduğu kimi, Cəfərli kəndində bu
sahədə xeyli işlər görüldüyünü vurğulayan rayon rəhbəri ən son Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən kənddə əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə
kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çənlərinin
qoyulmasını, kənddəki mövcud subartezian quyusunun nasosunun və boruların
yenisi ilə əvəz edilməsini qeyd edib.
İcra başçısı kənddə həlli vacib olan bir sıra məsələlərdən də söz
açıb. Hazırda kənddə torpaq islahatının aparılmaması, qəzalı vəziyyətdə olan
evlərin təmiri kimi məsələlərin olduğunu bildirib və bu istiqamətdə məqsədyönlü
işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Facebook-da paylaş