İcra başçısı Damcılı qoruğundakı mövcud vəziyyətlə tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən daim diqqət və qayğı göstərdiyi sahələrdən biri də mədəniyyət
sahəsidir. Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz
adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə
qeyd olunması bunun bariz nümunəsidir. Eyni zamanda, rayonda fəaliyyət göstərən
mədəniyyət ocaqlarının, qoruqların, istirahət mərkəzlərinin əsaslı şəkildə təmir olunması, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi
üçün mühüm işlərin görülməsi rayon rəhbərinin bu sahəyə olan qayğısını əyani şəkildə
sübut edir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Damcılı
qoruğunda olub, qoruq ərazisindəki mövcud vəziyyətlə maraqlanıb. Vətəndaşların
rahat şəkildə istirahət etmələri üçün yaradılan şəraitlə, onlara göstərilən
xidmətlərlə tanış olub. Rayonun turizm potensialının artırılması istiqamətində
görülmüş işlərdən söz açıb. İcra
başçısı mağara düşərgəsində aparılan arxeoloji qazıntılarla da maraqlanıb. "Avey” Dövlət
Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva rayon rəhbərinə məlumat
verərək bildirib ki, 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor
Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində
kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduqlarını
qeyd edib. Növbəti ayın ortalarından etibarən həmin nümayəndə heyətinin yenidən
qoruq ərazisində arxeoloji qazıntılara başlayacaqlarını bildirib. Bu il artıq
4-cü il olacaq ki, aparılan qazıntıların imzalanmış 3 tərəfli beynəlxalq
memorandum əsasında həyata keçirildiyini diqqətə çatdırıb. Bu memorandumun
Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət
qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya
tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlandığını
qeyd edib. Qoruğun ərazisində
yaradılan səliqə-sahmanla, sakinlərə göstərilən xidmətlərlə tanış olan icra
başçısı burada abadlıq işlərinin aparılması ilə bağlı aidiyyəti şəxslərə bəzi
tapşırıq və tövsiyələrini verib. S.Əliyeva qoruqda abadlıq işlərinin
aparılmasına, onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə
kollektiv adından minnətdarlığını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş