Qazaxda barama tədarükünə başlanılacaq
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Sərəncamdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsini barama istehsalının ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Son illər baramaçılıq Qazaxda da ildən-ilə inkişaf etdirilən sahələrdən birinə çevrilib. Belə ki, rayonda 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Cəfərli və Xanlıqlar kəndlərində
olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə
bildirilib ki, baramaçılıqda demək olar ki, məhsul mövsümüdür. Belə
ki, ipəkqurdları beçinci yuxunu başa vuraraq barama sarımağa
başlayıb. Beşinci yaşda bəsləmə tədbirləri barədə məlumat verən
kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin
normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın
düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks halda, kümxanada
xəstəlik yarana bilər. Rayon rəhbərinə bildirilib ki, artıq bir neçə günə baramanın
tədarükünə başlanılacaq. Məlumat üçün
onu da qeyd edək ki, bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində
çalışır. Hətta onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial
təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı
ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş
Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə,
istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə rəhbərinə minnətdarlıq
edirlər.Hər il olduğu kimi kümçülər bu il də daha çox məhsul götürməyi qarşıya
məqsəd qoyduqlarını söyləyirlər. Mövcud
vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də
verib. GOYEZEN.AZCəfərli kəndi
Xanlıqlar kəndi
Facebook-da paylaş