Qazaxlı kümçülər 1568 kq barama təhvil veriblər
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.
Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir.
Bu qayğıdan ruhlanan kümçülər işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, kümçülər keyfiyyətli barama əldə edirlər.
Qazax rayonunda da barama tədarükünə başlanılıb. Artıq kümçülər yetişdirdikləri 1568 kiloqram məhsulu rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Qeyd edək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər 5000 kiloqram barama təhvil verməyi qarşılarına məqsəd qoyublar.

GOYEZEN.AZ
Facebook-da paylaş