Qazaxda baramaçılıqdan yüksək məhsul gözlənilir
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr uğurla icra olunur. Qazax rayonunda baramaçalığın inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür.
Qazaxda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına hər cür diqqət və qayğının göstərilməsi kümçüləri daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkib onlara bol məhsul yetişdirmələri üçün lazım gələn köməkliklərin göstərilməsi bunun ən bariz nümunəsidir.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, Qazax rayonunda kümçülər yüksək məhsul yetişdirmişlər. Bunu şəhərdə, eləcə də kəndlərdə baramaçılığın vəziyyətindən aydın şəkildə görmək olar. Barama qurdları indi sarıma mərhələsinə qədəm qoyublar. Artıq kümçülər süpürgələr qoyublar ki, barama orada sarımağa başlayır.
Bu gün GOYEZEN.AZ saytının əməkdaşları Qazax şəhəri Qarabağ küçəsi, 26 ünvanında barama saxlayan ailəyə baş çəkib, onların işi ilə tanış olublar. Ailənin başçısı Rəcəb Quliyev öz işləri barədə danışaraq bildirib ki, bu il bizim ailə 121 qram baramaqurdu götürərək ona qulluq etməyə başlamışdır. Həyat yoldaşım Sənubərlə birlikdə ilk gündən səylə çalışırıq. Baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazım gələn qulluğu göstərir, tez-tez təmizlik işləri aparırıq. Hər gün yarpaqları doğrayır, baramaları yemləyir, otaqları lazımi istiliklə təmin edirik. Yemləmə prosesini tez-tez həyata keçirir, nəzarətsiz buraxmırıq.
Çəkdiyimiz zəhmət hədər getməyib. Gördüyünüz kimi bol məhsul yetişdirmişik. Götürdüyümüz barama qurdundan 240 kq məhsul verməliyik. Amma barama qurdlarına yaxşı qulluq etdiyimiz üçün yüksək məhsul gözləyirik. Bu da daha çox gəlir götürmək deməkdir.
Qeyd edək ki, bu il rayon üzrə kümçülərə 130 qutu baramaqurdu verilmişdir. Zəhmət adamları 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Yetişdirilmiş bol məhsul onu deməyə əsas verir ki, Qazax rayonunda bu göstərici daha yüksək olacaqdır.

Facebook-da paylaş