• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var

Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Bu gün Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr uğurla icra olunur. Respublikamızın bütün bölgələrində baramaçalığın inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür.

Qazax rayonunda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına hər cür diqqət və qayğının göstərilməsi kümçüləri daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Alpout və Ürkməzli kəndlərinə gələrək baramaçılığın vəziyyətini öyrənib, göstərilən aqrotexniki qulluqla tanış olub.

Kümçülərlə görüşən rayon rəhbərinə məlumat verilib ki, Alpout kəndində bu il onlar 200 kq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar. Ürkməzli kəndində isə 250 kq barama təhvil vermək planlaşdırılıb.

İcra Başçısı şəraitlə tanış olan zaman bildirilib ki, baramaqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş, tut yarpaqları ilə təmin olunmuşdur. Baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün kümçülər lazımi qulluğu göstərir, tez-tez təmizlik işləri aparır, nəzarətsiz buraxmırlar. Hər gün yarpaqlar doğranır, baramalar yemlənir, otaqlar lazımi istiliklə təmin edilir. Yemləmə prosesi tez-tez həyata keçirilir. Məqsəd baramaqurdlarından yüksək məhsul əldə etməkdir.

Kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyətlə tanış olduqdan sonra rayon rəhbəri tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var
Qazaxda baramaçılığın inkişafı üçün hər cür şərait var


Facebook-da paylaş