• Təqvim

  • Maraq



Qazaxda baramaçılıq inkişaf edir

Qazaxda baramaçılıq inkişaf edir
Prezident İlham Əliyev Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini diqqətə çatdırmış, iqtisadi baxımdan gəlirli olan, minlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektorunun böyuk əhəmiyyətini qeyd etmişdir. Qarşıya qoyulan bu mühüm vəzifə Qazax rayonunda uğurla həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələri kimi baramaçılıq da ildən-ilə inkişaf edir.

Artıq üçüncü ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə də maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar. Sahə ilə bağlı dövlətin dəstəyini hər an hiss edən kümçülər barama istehsalını artırır, ailələrinin dolanışığını təmin edirlər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonda baramaçılığın vəziyyətini öyrənmək üçün barama yetişdirilən kəndlərə gedərək mövcud vəziyyətlə yerində tanış olub.

Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Daş Salahlı, Kosalar, Hüseynbəyli, Canalı, Çaylı, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək, Cəfərli kəndlərində, eləcə də Qazax şəhərində olaraq kümçülərlə görüşüb.

Rayon kənd təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, bu il rayonda ötən illə müqayisədə xeyli çox ipəkqurdu bəslənilir. Kümçülərə bu il 130 qutu barama qurdu verilmişdir. Baramaqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş, yüksək məhsuldarlıq əldə etmək üçün münbit şərait yaradılmışdır.

H.Pənahov qeyd edib ki, hazırda kütləvi qida qəbul edən barama tut yarpaqları ilə təmin olunur. Onların sağlam şəraitdə inkişaf etdirilməsi üçün kümçülər lazımi qulluğu göstərirlər. Kümçülər baramaqurdunu nəzarətsiz buraxmırlar. Hər gün onlara qulluq göstərilir, tez-tez təmizlik işi aparılır. Yarpaqlar doğranır, baramalar yemlənir. Onların olduğu otaq da lazımi istiliklə təmin edilir. Yemləmə prosesi tez-tez həyata keçirilir. Məqsəd isə nəticədə baramaqurdlarından yüksək məhsul əldə etməkdir. Bu il kümçülər 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Zəhmət adamları qarşıya qoyduqları nəticəni əldə edəcəklərinə tam əmindirlər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir
Qazaxda baramaçılıq inkişaf edir


Facebook-da paylaş