Qazaxda fındıqçılıq inkişaf etdirilir
Respublikamızda regionlar üçün xarakterik olan müxtəlif kənd təsərrüfatı məhsullarının istehsal imkanları var. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə bölgələr üzrə kənd təsərrüfatının şaxələndirilməsinə xüsusi önəm verir.
Məsələn, aran bölgəsi üzrə pambıqçılıq, şimal zonasında meyvəçilik, şimal-qərb regionunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişaf etdirilməsi daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin idxal potensialını da artırır. Nəticədə iqtisadi cəhətdən daha səmərəli olan unudulmuş kənd təsərrüfatı sahələrinin yenidən dirçəldilməsi ön plana çıxır. Belə sahələrdən biri də fındıqçılıqdır ki, artıq dövlət başçısının təşəbbüsü ilə bu sahənin yenidən dirçəldilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
Dövlət başçısının kənd təsərrüfatının ixrac potensiallı sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə Qazax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Həyata keçirilən tədbirlər nəticəsində son illər rayonda fındıq sahələri genişləndirilərək 52 hektara çatdırılmışdır. Hər il bu ağaclardan yüksək məhsul götürülür. Aqrotexniki qulluq nəticəsində keçən il 455 ton məhsul əldə edən rayon sakinləri cari ildə bu rəqəmin xeyli yüksək olacağını proqnozlaşdırırlar. İndi bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Məhsul əsasən yerli bazarlarda satılır. İlkin göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərə nisbətən bu il hər ağacdan götürülən fındıq əvvəlki illərdən çox olacaq.
Rayonda ən çox fındıq əkilən kəndlərdən biri də Kommunadır. Bu sahədə vəziyyəti öyrənmək üçün həmin kənddə olduq. Burada kiçikdən tutmuş böyüyədək hamı fındıq yığımı ilə məşğul idi. Kənd sakini Kənan Saniyev işgüzar təsərrüfat sahiblərindəndir. 65 sot fındıq bağı var. Söhbət zamanı Kənan ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirdi. Dedi ki, fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması onda bu məhsulun ildən-ilə artırılmasına maraq yaradıb. Hər il 2 tondan çox fındıq satan fermer getdikcə bağların sahəsini artırır. Alıcılıq qabiliyyəti yüksək olduğundan satış problemi də olmur. İri fındığı 5 manat 50 qəpiyə, xırdanı isə 5 manata satır. Keçən il 1 ton 200 kiloqram xırda, 1 ton iri fındıq satıb. Mövsüm zamanı 10 nəfərədək kənd sakinini yığıma cəlb edir və onları gündəlik əməkhaqqı ilə təmin edir. Nəticədə məhsul tez və itkisiz toplanaraq tədarük olunur.
Öyrəndik ki, Kənan Saniyevin fındıqdan əlavə, 8 sot üzüm bağı, 3 sot zoğal bağı var. Hər il həmin bağlardan da xeyli məhsul toplayaraq bazarlarda satır ki, bu da ailə büdcəsinə xeyli gəlir gətirir. 5 nəfər ailə üzvü var. Həyat yoldaşı ilə 3 oğlu da təsərrüfatda çalışırlar.
Kənddə 400 təsərrüfat fəaliyyət göstərir. Onların yarıdan çoxunun pay torpaqlarında fındıq əkilib. Kənd sakinləri Mehman Bədəlov, Aqil Qurbanov, Adil Məşədiyev və başqaları fındıqçılığa gəlir mənbəyi kimi baxırlar. Odur ki, ailələrinin dolanışığı naminə saldıqları fındıq bağlarına yorulmaq bilmədən qulluq edirlər. Nəticədə hər il bol məhsul götürürlər. Ağacların suvarılmasında da heç bir problem yaşanmır. Dideban gölündən gələn kanal kəndin düz yanından keçir və kənd ərazisində salınmış bağların, eləcə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Bundan başqa, kənddə iki subartezian quyusu da var. Kənd sakinləri bu sudan səmərəli istifadə edirlər.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
19 sentyabr 2017-ci il
"Azərbaycan” qəzeti
19 sentyabr 2017-ci il
Facebook-da paylaş