Baramaçılığın inkişafı üçün Qazaxda geniş imkanlar var
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.
Qazax rayonunda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına hər cür diqqət və qayğının göstərilməsi, baramaçalığın inkişaf etdirilməsi üçün məqsədyönlü işlərin görülməsi kümçüləri daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə rayonun Alpout və Ürkməzli kəndlərinə gələrək baramaçılığın vəziyyətini öyrənib, göstərilən aqrotexniki qulluqla tanış olub, əldə olunan göstəricilərlə maraqlanıb.
İcra Başçısı şəraitlə tanış olan zaman bildirilib ki, baramaqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülmüş, tut yarpaqları ilə təmin olunmuşdur. Baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün kümçülər lazımi qulluğu göstərir, tez-tez təmizlik işləri aparır, nəzarətsiz buraxmırlar. Hər gün yarpaqlar doğranır, baramalar yemlənir, otaqlar lazımi istiliklə təmin edilir. Yemləmə prosesi tez-tez həyata keçirilir. Məqsəd baramaqurdlarından yüksək məhsul əldə etməkdir.
Kümçülərlə görüşən rayon rəhbərinə məlumat verilib ki, Alpout kəndində bu il kümçülər 200 kq barama istehsal etməyi qarşılarına məqsəd qoyublar. Ürkməzli kəndində 300 kq barama təhvil vermək planlaşdırılıb ki, artıq 102 kq barama təhvil veriblər. Hər iki kənddə kümçülər planda göstərilən nəticədən daha yüksək məhsul əldə edəcəklərini bildiriblər.
Kümçülərlə görüşüb, baramanın saxlanma şəraiti, onların qidalanması və ümumi vəziyyəti ilə tanış olduqdan sonra rayon rəhbəri tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ
Facebook-da paylaş