Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxlı kümçülər 1568 kq barama təhvil veriblər
Qazaxlı kümçülər 1568 kq barama təhvil veriblər11-06-2018, 20:00 |
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Hər il yüksək məhsuldarlıq əldə edən kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər. Rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. İcra Başçısının kümçülərə tez-tez baş çəkməsi bunun ən bariz nümunəsidir. Bu qayğıdan ruhlanan kümçülər işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, kümçülər keyfiyyətli barama əldə edirlər. Qazax rayonunda da barama tədarükünə başlanılıb. Artıq kümçülər yetişdirdikləri 1568 kiloqram məhsulu rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər. Qeyd edək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər 5000 kiloqram barama təhvil verməyi qarşılarına məqsəd qoyublar. GOYEZEN.AZ
Geri qayıt |