Qazaxda 6260,3 kq barama tədarük olunub
Ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə imzaladığı sərəncam, bu sahə ilə bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla icra edilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir, əməli işlər görülür.
3 ildir ki, barama yetişdirən kümçülərə və bu sahədə çalışan zəhmət adamlarına rayon rəhbərliyi tərəfindən də daim diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, kümçülər hər il yüksək məhsuldarlıq əldə etmələri üçün böyük səylə çalışır, bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər.
Bu qayğıdan ruhlanan kümçülər hər il öz işlərinə daha böyük məsuliyyətlə yanaşır, baramaqurdununun yetişdirilməsi üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işlərini, aqrotexniki qulluqları vaxtlı-vaxtında həyata keçirirlər. Ona görə də kümçülər keyfiyyətli barama əldə edirlər.
Artıq bir neçə gündür ki, Qazax rayonunda da barama tədarükünə başlanılıb. Kümçülər bu günə kimi yetişdirdikləri 6260,3 kq kiloqram məhsulu rayonda “Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Məlumat üçün bildirək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram barama təhvil verilmişdisə, 2017-ci ildə isə bu göstərici 4623 kiloqram olmuşdur.

GOYEZEN.AZ
Facebook-da paylaş