Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub
Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
ərəfəsində Qazaxda daha bir bağça yenidənqurma və əsaslı təmirdən sonra körpə fidanların
istifadəsinə verilib. 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma
və əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul
işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, qonaqlar və
KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova
açılış mərasimində çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və
yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın
kollektivini, uşaqları, bütün kənd sakinlərini təbrik edib, xoş arzularını
çatdırıb. Qeyd edib ki, bu gün açılışını
etdiyimiz bu yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə
balalar üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində əsl bayram
hədiyyəsidir. G.Həsənova bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham
Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür
diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir”
kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində
özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr
evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi
uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla
icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr,
imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir. Qazaxda bütün sahələrlə
yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi üçün hər cür şəraitin
yaradıldığını qeyd edən müavin bu istiqamətdə görülən məqsədyönlü işlərdən söz
açıb. Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamın icrası
ilə əlaqədar olaraq rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (Qazaxbəyli
kənd uşaq bağçası da daxil olmaqla) artıq 18-nin tam müasir standartlara cavab
verən səviyyəyə çatdırıldığını bildirib. Qeyd edib ki, rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən uşaqlarla bağlı sahəni daim diqqət mərkəzində
saxlamasının, uşaqlara olan sonsuz diqqətinin, uşaq bağçalarının əsaslı şəkildə
yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu
gün şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı,
kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3
saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli,
Canalı, Quşçu Ayrım və Bala
Cəfərli kənd uşaq bağçaları təmirli bağçalar sırasındadır. Tədbirdə çıxış edən qonaqlardan Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev,
Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, şəhid ailəsi
Sehran Əzizova, valideyn Lamiyə Nəsibova, kənd ağsaqqalı Nəbi Babacanov çıxış
edərək qeyd ediblər ki, bu gün sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı
bölgələrimizdə, o cümlədən də Qazaxda gələcəyimiz olan körpələrə belə diqqət və
qayğı göstərilir. Bağçanın əvvəlki vəziyyəti ilə indiki dövrünü müqayisə edən
çıxışçılar belə yüksək səviyyədə yaradılan şəraiti gələcəyimiz olan uşaqlarla
bağlı atılan ən uğurlu addım kimi qiymətləndiriblər. Vurğulayıblar ki, görülən
bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir.
Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın, Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun uşaqlara olan sonsuz diqqəti və qayğısı dayanır. Buna
görə biz qazaxlılar da rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq
işlərinə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığımızı
çatdırırıq. Yeni istifadəyə verilən Qazaxbəyli kənd uşaq bağçasının müdiri Gözəl Allahverdiyeva çıxış
edərək qeyd edib ki, bu gün bu sevinc payından təkcə bağça işçilərinə deyil, bütün
kənd sakinlərinə pay düşür. Bu sevinci isə bizlərə ölkə başçısı İlham Əliyev başda
olmaqla rayon rəhbərliyi bəxş edir. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə
və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını
çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən
etimadı daim doğruldacaqlarını bildirib. Bağçada tərbiyə alan uşaqlar şeirlərini səsləndirdikdən sonra uşaq
bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə
tanış olublar. Bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək
qiymətləndirilib. Məlumat üçün qeyd edək ki, istifadəyə
verilən 20 yerlik yeni bağçada bir qrup fəaliyyət göstərəcək. Bundan əlavə,
bağçada yüksək səviyyədə müdir otağı, qrup otağı, yataq otağı, camaşırxana, anbar
və əlavə olaraq mətbəx də inşa olunub. Bağça müasir istilik sistemi ilə təmin
olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl
ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli
keçirmələri üçün bağçanın həyətində hər cür şərait yaradılıb. Bundan əlavə, yeni
bağça müasir avadanlıqlarla təchiz olunub. GOYEZEN.AZ
Facebook-da paylaş