Qazaxda Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş qeyd olunub
Qazaxda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü geniş qeyd olunmuşdur. Bu münasibətlə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında bayram şənlikləri keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri bayram şənliklərində iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edərək bağçalara hədiyyələr bağışlamışlar. Bildirmişlər ki, həmişə uşaqlara diqqət və qayğı ilə yanaşan ümummili liderimiz Heydər Əliyevin siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.
Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir.
Rayonumuzda da körpələr evi-uşaq bağçalarına rayon rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Rayonda yeni uşaq bağçaları tikilir, əsaslı təmir olunur və müasir inventarlarla təchiz olunur. Uşaqların təlim-tərbiyəsi və sağlam böyüməsi üçün hər cür şərait yaradılır.
Bayram tədbirlərində valideynlər, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradılmasına görə ölkə başçısı İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Öz vəzifələrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayevaya, şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Şahnabad Nəsibovaya, şəhər 4 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Dilarə Hüseynovaya və Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Safura Həmişəyevaya Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur.
Şənliklərdə uşaqlar Vətənə, xalqa, anaya, məktəbə, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs etmişlər. Onların çıxışları alqışlarla qarşılanmışdır.
Sonda uşaqlara bayram süfrəsi açılmış, xatirə şəkilləri çəkilmişdir.

Facebook-da paylaş