Qazax Sement Zavodunda uşaqlar üçün maraqlı tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və HGC GROUP MMC-nin (Qazax Sement Zavodunun) təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maraqlı tədbir keçirilib. “Mənim atam harada işləyir” devizi altında keçirilən tədbir zavodun ərazisində baş tutub.
Zavodda çalışan işçilər öz övladları ilə işlədikləri istehsal müəssisəsinə gələrək uşaqlar üçün keçirilən bu maraqlı tədbirdə həvəslə iştirak ediblər. Valideynlər öz uşaqlarını zavodu gəzdirərək bu barədə körpələrə məlumat veriblər. Uşaqlar istehsal prosesini yaxından izləmək imkanı əldə ediblər. Uşaqlar atalarının harada və necə işlədiklərini öz gözləri ilə görüblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak etmək üçün sement zavoduna gəlib. İcra Başçısı, zavodun rəhbərliyi və kollektivin üzvləri zavodun ərazisində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini dərin hörmətlə yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edib, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizdə uşaqların sağlam və hərtərəfli böyüməsi üçün hər cür şərait vardır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl tədbirlər görüldüyünü diqqətə çatdıran İcra Başçısı respublikamızda yeni-yeni bağça binalarının tikilməsindən söz açıb. Bildirib ki, bu istiqamətdə rayonumuzda da xeyli işlər görülmüş, şəhərdə, eləcə də kəndlərdə olan başçalar əsaslı şəkildə təmir edilərək uşaqların istifadəsinə verilmişdir.
HGC GROUP MMC-nin İdarə Heyətinin üzvü Pohlmann Joachimin çıxış edərək “Mənim atam harada işləyir” devizi altında keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında uşaqlarla bağlı ölkəmizdə proqramların qəbul edildyini bildirib və bu istiqamətdə ardıcıl olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Daş Salahlı kənd 2 saylı uşaq bağçasının müdiri Aybəniz Kərimova, Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, şəhid bacısı Hicranə Xəlilova çıxış edərək keçirilən tədbiri yüksək qiymətləndiriblər.
İcra Başçısı Rəcəb Babaşov HGC GROUP MMC-də biznes və administrasiya departamentinin direktoru Elman Əliyarbəyovu Fəxri Fərmanla təltif edib. HGC GROUP MMC-nin İdarə Heyətinin üzvü Pohlmann Joachiminə isə kiçik saz suveniri təqdim edib.
Sonra Daş Salahlı kənd 2 və 3 saylı uşaq bağçalarının uşaqları Vətən, ana haqqında şeirlər söyləyiblər.
Çıxışlar başa çatdıqdan sonra uşaqlar onlar üçün açılmış şirniyyat süfrəsinə dəvət olunublar. Burada körpələr şən musiqi sədaları altında müxtəlif çeşidli şirniyyatlardan dadıblar.
Tədbirin sonunda uşaqlara oyuncaqlar hədiyyə edilib.

Elçin İSMAYIL
Facebook-da paylaş