• Təqvim

  • Maraq

Canalı kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Canalı kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax rayonunda tikinti-quruculuq işlərinin geniş vüsət aldığı bir vaxtda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, hərtərəfli və düzgün şəkildə təlim-tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə təmir olunaraq yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin edilir. Qazax şəhərində 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, əsaslı şəkildə təmir olunan şəhər 2 saylı uşaq bağçası, Daş Salahlı və Kosalar kəndlərində əsaslı şəkildə yenidən qurulan 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və Cəfərli kənd uşaq bağçası bunun əyani sübutudur. Bundan əlavə, şəhərin mərkəzində yüksək keyfiyyətlə təmir olunan şəhər 3 saylı körpələr evi-uşaq bağçasında görülən işlər bu sahənin uğurla inkişaf etməsindən xəbər verir. Sevindirici hal odur ki, istər şəhər, istərsə də kənd bağçalarında aparılan əsaslı və cari təmir işləri bu il də artan templə həyata keçirilir.
Canalı kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində yeni bir həyat verilən bağçalardan biri də Canalı kənd uşaq bağçasıdır. Qeyd edək ki, uşaq bağçasının binası günün tələblərinə cavab vermirdi. İcra Başçısı bunu nəzərə alaraq bağçanın əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Rayon rəhbərliyinin tapşırığına əsasən təmirdən sonra bağçanın fəaliyyət göstərməsi üçün lazım olan bütün infrastrukturlar yaradılıb və müasir görkəmə salınıb. Belə ki, bağçada əsaslı təmir işləri aparılaraq bütün otaqlar yenidən qurulub. Binanın xarici fasadı və otaqlardakı divarlar rənglənib, döşəmə yenilənib. Bağçanın köhnə su-kanalizasiya xətti yenilənib. Yeni mətbəx yaradılıb və sanitar qovşaqlarda, eləcə də digər otaqlarda təmir işləri aparılıb. Ən əsası da müasir istilik sistemi ilə təmin olunub. Eyni zamanda uşaqlar üçün lazım olan bütün inventarlar alınıb.

Bu gün əsaslı təmirdən sonra uşaq bağçasının açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, KİV nümayəndələri iştirak edib.
Canalı kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri bağçanın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, göz aydınlığı verərək ən xoş arzularını bildirib. Qeyd edib ki, bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı, uşaqlarla bağlı yürüdülən məqsədyönlü siyasət Qazax rayonunda da olduğu kimi həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün yaradılan yüksək şərait və göstərilən qayğı bütün bölgələrimizdə, o cümlədən də Qazax rayonunda artan temp və yüksək keyfiyyətlə davam etdirilir.
Canalı kənd uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda fəaliyyət göstərən bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə davam edəcəkdir. Bu ilin sonuna kimi rayonumuzdakı bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır.

Bağça müdiri Mətanət Vəliyeva minnətdarlığını bildirərək qeyd edib ki, Qazax son 2 ildə durmadan inkişaf edir, öz görkəmini sözün yaxşı mənasında dəyişir. Bunu rayonda inşa olunan sosial obyektlərin, müəssisələrin, məktəblərin inşası ilə yanaşı, uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulmasından da aydın şəkildə görmək olur. Sevindirici hal odur ki, bu gün bu sevincli anları Canalı kənd uşaq bağçasına gələn uşaqlar da yaşayırlar.

Valideynlərdən Südabə Xəlilova, kənd sakinlərindən Nazim Məmmədov, Rüfət Mustafayev çıxış edərək respublikamızda uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Prezident İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.

Uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olaraq yataq otağına, mətbəxə baxıblar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda İcra Başçısı bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını bildirib.

GOYEZEN.AZ

Facebook-da paylaş