Qazaxla tanış olan qonaqlar rayonda görülən işləri yüksək qiymətləndiriblər
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının şöbə müdiri, müəllim
proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca, şair,
publisist, tərcüməçi Davud Nəsibovun övladları Xəyyam
və Xəyal Nəsibovlarla birlikdə "Fəxri qazaxlılar" parkını
ziyarət edib, Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış
olublar. Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal muzey
haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün şəhərin mərkəzində, Heydər
Əliyev prospektində yerləşən bu muzeydə
nəinki rayon sakinləri, eləcə də rayonumuza gələn qonaqlar Qazaxın tarixi şəxsiyyətləri, şairləri, yazıçıları, saz-söz adamları
haqqında dolğun məlumatlar əldə edirlər. Bildirib ki, 5 iyul 2013-cü ildə Respublika Prezidenti
İlham Əliyev iştirakı ilə istifadəyə verilən bu muzey qazaxlı ziyalılara
verilən ən yüksək qiymətdir. Qonaqlara Respublika Prezidenti
İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamının
icrası ilə bağlı yubiley tədbirinə xüsusi hazırlıq işlərinin görüldüyünü də
bildiriblər. Sonra rayon rəhbəri və qonaqlar şəhərin
mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət
ediblər. Vətən oğullarının adı və şəkli əks olunmuş löhvə önündən
keçən qonaqlar şəhidlərimizin əziz xatirələrini yad edib, dərin ehtiramlarını
bildiriblər. Qonaqlara məlumat verilib ki, bu gün düşmənlə 168 km məsafədə
sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə
məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. Qazax rayonu da Vətən torpaqlarının
azadlığı uğrunda 280-dən artıq şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Bildirilib ki, Vətənin müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə hər
zaman yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd olunub ki, son 3 ildə şəhidlərimizin
uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar,
bulaqlar, xiyabanlar abadlaşdırılıb, əsaslı şəkildə təmir edilib, xüsusilə də
şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin adı və şəkli əks
olunmuş lövhələr vurulub. Daha sonra qonaqlar ölkə prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il
tarixli Sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasında olublar. Milli təhsilimizin əsasını
qoyan seminariyanın tarixinə nəzər salaraq Azərbaycan təhsilinə bəxş etdiyi
saysız-hesabsız dəyərli insanları yad ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə başçısı
tərəfindən imzalanmış bu tarixi əhəmiyyətli Sərəncamı və Sərəncamda yer alan
dəyərli fikirləri Qazax təhsilinə, eləcə də bütün qazaxlılara verilən ən böyük
qiymət kimi dəyərləndirərək bir daha rayon ictimaiyyəti adından minnətdarlığını
çatdırıb. Qazaxla tanış olan qonaqlar rayonda görülən
işləri, bütün sahələrdə olan inkişafı yüksək qiymətləndirdiklərini bildiriblər.
Son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində respublikamızın bölgələrində
olan inkişafın Qazaxda da öz əksini tapdığını vurğulayıblar. GOYEZEN.AZFəxri qazaxlılar parkı
Ədəbiyyat Muzeyi
Şəhidlər xiyabanı
Qazax müəllimlər seminariyası
Facebook-da paylaş