• Təqvim

  • Maraq

Məktəblilər muzey və qalereyadan xoş təəssüratlarla ayrılıblar

Məktəblilər muzey və qalereyadan xoş təəssüratlarla ayrılıblar
Xəbər verdiyimiz kimi, 1 həftədən artıqdır ki, rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyində olaraq muzeydəki eksponatlarla yaxından tanış olur, rayonumuz haqqında ətraflı məlumat əldə edirlər.

Bu cür maarifləndirici tədbirlərin keçirilməsində məqsəd rayonumuzu, onun tarixini, dünənini, bu gününü dərindən öyrənmək, tarixi şəxsiyyətləri, şairləri, yazıçıları, aşıqlarını gənclərə yaxından tanıtmaqdır. Hər gün bir neçə məktəbin şagirdləri muzeyin qonağı olur. Bu gün isə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri muzeylə tanış olublar.

Muzeyin bələdçisi Arzu Alıyeva şagirdlərə muzeyin eksponatları, Qazax rayonunun tarixi, dünəni və bu günü, mədəniyyət abidələri, təbiət görüntüləri haqqında ətraflı məlumat verib.

Məktəblilər muzeylə tanışlıqdan sonra öz ürək sözlərini bildirərək qeyd ediblər ki, 2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyi biz məktəblilərin ürəyincədir. Bu gün biz muzeydə maraqlı məlumatlar əldə etdik. Bu ekskursiya və muzeylə tanışlıq bizdə xoş təəssürat yaratdı. Çıxış edənlər onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Muzeylə tanışlıqdan sonra məktəblilər Qazax Dövlət Rəsm Qalereyasında olublar. Burada nümayiş etdirilən Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə ediblər.

Qalereyanın direktoru Münəvvər Xəlilova GOYEZEN.AZ saytına bildirib ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən həyata keçirilən tədbirin əsas məqsədi Azərbaycanın tanınmış rəssamlarını, onların əl işlərini tanıtmaq və yeniyetmələrdə rəssamlıq sənətinə olan marağı artırmaqdır.

M.Xəlilova qeyd edib ki, demək olar ki, hər gün bir neçə məktəb qalereyanın qonağı olur. Məktəblilərə məlumat verilib ki, hal-hazırda qalereyada ümumilikdə 549 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Məktəblilərin sevimli məkanına çevrilən qalereyada əsasən vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər sərgilənir. Bu əsərlər şagirdlər tərəfindən maraqla qarşılanır.

Qalereyada iştirak edənlər qeyd ediblər ki, orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin böyük əhəmiyyəti var. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.

Məktəblilər onlar üçün bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq edib, ən xoş arzularını bildiriblər.

Facebook-da paylaş