• Təqvim

  • Maraq



Qazaxın şöhrətini özünə qaytaraq

Qazax RİH Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında bu fikir səslənib


Qazaxın şöhrətini özünə qaytaraq
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat yığıncağında çıxış edərək bildirib ki, 2016-cı il Qazax rayonu üçün əlamətdar olmuşdur. Ötən ilin ən əlamətdar hadisəsi isə Respublika Prezidenti İlham Əliyevin rayonumuza olan səfəridir. Ölkə Başçısı Qazaxa səfəri zamanı Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax- Kosalar avtomobil yolunun, II Şıxlı kəndində tikilmiş kənd təsərrüfatı sahəsinin, Daş Salahlı kəndindəki elektrik yarımstasiyasının açılışında şəxsən iştirak etmişdir.
Qazaxın şöhrətini özünə qaytaraq
Görülən işlər bununla bitmir. Az bir vaxtda Bayraq Meydanı tikilmiş, məşəl dairəsi yenidən qurulmuş, dekorativ ağac və gül kolları əkilərək sahə yaşıl ot örtüyü ilə örtülmüş, rayonumuzun və tarixi yerlərimizin adını göstərən lövhələr vurularaq işıqlandırılmış, rayonumuzun girişində yaşıllıq zolağı salınmış, ərazi işıqlandırılmış, ilk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə Abidə Kompleksi qurulmuşdur.
Qazaxın şöhrətini özünə qaytaraq
Qazax RİH Başçısının şəhər İƏD üzrə nümayəndəsi Akif Vəliyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Qazax şəhərinin əhalisi 21607 nəfər, təsərrüfatı 4472 ailə, fərdi yaşayış evinin sayı 4302, çoxmərtəbəli yaşayış binalarının sayı 156, ümumi torpaq sahəsi 743 ha, xüsusi mülkiyyət 238 ha, dövlət mülkiyyəti 195 ha, bələdiyyə torpaqları isə 310 hektardır.
Qazaxın şöhrətini özünə qaytaraq
Hesabat ilində Qazax şəhərində 12661 kv.metr evlərin dam örtüyü dəyişdirilmiş, 5975 kv.metr evlərin və hasarların fasad hissələri suvanmış və rənglənmiş, 635 kv.metr hörgü işləri aparılmış, 20 ədəd yeni darvazalar qoyulmuş, 61 ədəd dəmir darvazalar təmizlənmiş dekorativ bəzəklər vurularaq rənglənmiş, 3100 p/m uzunluğunda küçə və prospekt boyunca bardürlər düzülmüş, 4250 kv.metr səkilərə yeni tamet daşları vurulmuşdur.
Qazaxın şöhrətini özünə qaytaraq
Hesabat dövründə 16000 kv.metr yaşıllıq zolaqlarına ot örtüyü düzülmüş. Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, Nərimanov dairəsindən Bayraq Meydanına qədər yolun sol tərəfinə 46 ədəd yeni işıq dirəkləri quraşdırılaraq yolun iki tərəfli işıqlandırılması təmin edilmiş, yol boyu divarların və yaşıllıq zonalarının işıqlandırılması üçün yüzlərlə kiçik neon lampalar quraşdırılmışdır. Şəhərin mərkəzində olan “Fəxri qazaxlılar” parkı sökülərək tamamilə yenidən qurulmuş, həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, yeni oturacaqlar və zibil qabları qoyulmuş, müasir işıqlandırma dirəkləri quraşdırılmış, parkdakı fəvvarələr yenidən qurularaq mərmər üzlüklə üzlənmiş, rəngli işıqlarla bəzədilmişdir.
Qazaxın şöhrətini özünə qaytaraq
Şəhərin təzə yaşayış məhləsinə, M.Ə.Rəsulzadə, O.Sərıvəlli və onlara bitişik 13 küçəyə, şəhərin Çinar dibi adlanan yaşayış massivinə, F.Qayıbov, N.Tusi, Babək, Xətai, N.Nərimanov küçələrinə, N.Nərimanov yaşayış sahəsində olan küçələrə ümumi uzunluğu 20 km olan şəhərdaxili yollara çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.
Qazaxın şöhrətini özünə qaytaraq
2016-cı il ərzində məktəbəqədər uşaq müəssisələrinə 5600 manat dəyərində yumşaq inventar, 20937 manat dəyərində bərk inventar və avadanlıq alınıb verilmişdir.
Qazaxın şöhrətini özünə qaytaraq
Kommunal Müəssisələri Kombinatı öz işlərini günün tələbləri səviyyəsində quraraq hər gün şəhərin təmizlik işlərinə diqqət və qayğı göstərir. Rayon rəhbərliyinin kombinata olan diqqət və qayğısı nəticəsində lazım olan maşın və mexanizmlərdə nasazlıqlar aradan qaldırılmış, 1 ədəd dəmir sepli DT-75 markalı bulduzer, 1 ədəd Qaz-53 markalı yükü özü boşaldan yük maşını, 1 ədəd isə traktor üçün qoşqu rəhbərliyin vəsaiti hesabına alınıb kombinata verilmişdir. Bundan başqa, Qazax şəhər
Qazaxın şöhrətini özünə qaytaraq
Mənzil İstismar Sahəsinin balansında olan 1 ədəd iri tonnajlı yükü özü boşaldan, 1 ədəd asfalt basan, 1 ədəd avtoqreyder kombinatın balansına verilmişdir. Şəhərin təmizliyinin tam bərpasını həyata keçirmək məqsədilə 2016-cı ilin əvvəllərində sutka ərzində bir dəfə zibilin götürülməsi təmin edilirdisə, may ayından sonra şəhərdə zibilin götürülməsi iki dəfəyə keçirilmiş və axşam saat 19:00-dan sonra zibilin götürülməsi üçün növbətçi maşın ayrılmışdır. Şəhərin Ağköynək kəndində yerləşən zibil poliqonu tam dəmir setka ilə hasarlanmış, köhnə zibil tullantıları iri bulduzerler vasitəsilə torpaq örtüyü ilə örtülmüş, poliqona gedən yol çınqıl örtüyü ilə hamarlanmış və bir ədəd DT-75 markalı traktor ayrılmışdır.
Qazaxın şöhrətini özünə qaytaraq
Qazax şəhəri ərzisində xidmət göstərən təşkilatlardan Mənzil İstismar Sahəsi 156 binaya xidmət edir. Həmin binalarda 192 mənzil vardır. 2016-cı ildə balansda olan binalarda H.Əliyev pr. 58, Azadlıq küç. 117, Ş.Xiyabanı küç. 131 yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmiş, su ötürücü novalçalar və borular quraşdırılmışdır. H.Əliyev pr. 65, 81, 114 saylı, Azadlıq küç. 92, 95, 97, 98, 208, 208A, Ə.Şıxlinski küç. 4, 5 saylı, Ə.Qədirov 1 saylı, N.Nərimanov qəs. 1, 49, 50, 51 saylı, Ş.Xiyabani küç. 12, 14, 25 saylı binalarının blok və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda MİS-in balansında olan H.Əliyev pr. 61 A, 63, 175, 179 saylı, Azadlıq küç. 31, 33, 64, 76, 97, 98, 151, 208A saylı, Vaqif küç. 5 ünvanında yerləşən 2 mənzilli, Ş.Xiyabani küç. 12, 25, 27, 29, 31 saylı, Ş.Çobanov küç. 11 saylı ümumi məhlə, N.Nərimanov qəs. 3, 8, 9, 12, 23, 34, 35, 49, 50, 51 saylı, Ə.Dilbazi küç. 2, 4 saylı, Vidadi küç. 14 saylı, Bakı küç. 1, 33 saylı yaşayış binalarının dam örtüyündə əsaslı cari təmir işləri aparılmışdır. Bütün bunlara baxmayaraq hələ də görülməmiş işlərimiz çoxdur. Bir çox binaların dam örtüyündə əsaslı cari təmirə ehtiyac var, bu məqəsdlə 2017-ci ildə həmin binalarda görüləcək işlər plana salınmışdır.
Qazaxın şöhrətini özünə qaytaraq
İstismar vaxtını keçmiş transformatorların 20 ədədi yeni müasir tipli komplekt transformator məntəqələri ilə əvəz edilmiş, oradan çıxan 25 km uzunluğunda olan istismara yararsız naqillər yeni SİP kabellərlə əvəz edilmişdir. 997 ədəd ağac və beton dayaqlar metal dayaqlarla əvəz edilmişdir. Şəhərin küçələrini, magistral yollarını park və xiyabanlarını qidalandırmaq üçün əlavə işıqlandırma sistemi yaradılmışdır.
Qazaxın şöhrətini özünə qaytaraq
RİH Başçısının sərəncamına əsasən yaradılmış 5 nəfərdən ibarət işçi qrupu qaldırılan məsələləri yerində öyrənərək həll etmişdir.

Hesabat ilində su-kanal idarəsi 2 ədəd artezian nasosunu yenisi ilə əvəz etmiş, 3 ədəd artezian nasosu və 8 ədəd su mühərriki əsaslı təmir olunmuş, 2 ədəd su nasosu mühərriki ilə birlikdə yenisi ilə əvəz edilmişdir.
Qazaxın şöhrətini özünə qaytaraq
Qazax Poçt filialı 2016-cı ildə plan və tapşırıqları 112 % yerinə yetirmiş, 253510 manat plana qarşı 284120 manat vəsait toplamışdır.

Sonra məruzə ətrafında çıxışlar olub. Mənzil İstismar Sahəsinin rəisi Azər Məhərrəmov çıxış edərək ötən ildə müəssisə tərəfindən görülən işlər barədə məlumat verib.
Qazaxın şöhrətini özünə qaytaraq
Şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Nəzakət İsgəndərova öz çıxışında bütün şəhər bağçalarını istilik sistemi ilə təmin etdiyinə görə valideynlər və müəllimlər adından öz dərin minnətdarlığını bildirib.
Qazaxın şöhrətini özünə qaytaraq
Qazax bələdiyyəsi sədrinin müavini Vüsal İsmayılov, Qazax rayonu üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, şəhər sakini Səfər Cəfərov çıxış edərək cari ildə şəhərdə aparılan tikinti-quruculuq işlərinə görə bütün sakinlər adından minnətdarlıq ediblər.
Qazaxın şöhrətini özünə qaytaraq
Hərbi şəhərciyin komendantı Tamella Məmmədova, Çinar dibi yaşayış massivində yaşayan Vahid Əsgərov, Ə.B.Ə.U Cəmiyyətin Qazax bölgəsinin sədri Ayət Hüseynov, şəhid ailələri adından Kifayət Mustafayeva və başqaları çıxış edərək hərbi şəhərcikdə, N.Nərimanov və Çinar dibi yaşayış massivlərində uzun illərdən bəri yığılıb qalmış problemləri həll etdiyinə görə Rəcəb Babaşova təşəkkür ediblər.

Elçin İSMAYIL


Facebook-da paylaş