• Təqvim

  • Maraq



Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirilib

Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.

Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi.

Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.

1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hazırlıq işləri aparılıb, şəhər bayramsayağı bəzədilib, həmçinin bütün idarə, müəssisə və təşkilatlarda bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub.

Bu gün isə həmin silsilə tədbirlərin davamı olaraq Olimpiya İdman Kompleksində təntənəli bayram şənliyi keçirilib.

Bayram tədbirində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Sona Əliyeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak edib.
Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bütün Azərbaycan xalqını, qonaqları və rayon sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, hamıya möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, bayram sevinci və yeni-yeni uğurlar arzulayıb.
Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
Qeyd edib ki, qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramını tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.

Sonra rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 2016-cı ildə ölkəmizdə və Qazax rayonunda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, yola saldığımız 2016-cı il respublikamız, o cümlədən rayonumuz üçün uğurlu olmuşdur. Bunu ölkəmizin ictimai-siyasi həyatında və həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləridən də görmək olar.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair keçirilmiş Referendum ötən ilin və eləcə də çağdaş tariximizin ən yaddaqalan və əlamətdar hadisəsi olmuşdur. Qazax yeganə rayon olmuşdur ki, ümumxalq səsverməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir.

Rayonumuz üçün ötən ilin ən yaddaqalan hadisəsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rayonumuza səfəri olmuşdur.

Dövlət başçısının səfər zamanı əhali ilə səmimi görüşlər keçirməsi, tikilib istifadəyə verilmiş sosial və istehsal yönümlü obyektlərin açılışında iştirak etməsi, yeni aparılan tikintilərə baş çəkməsi, özünün lazımi tapşırıq və tövsiyələrini verməsi, bu məqsədlər üçün rayonumuza vəsaitlərin ayrılması barədə Sərəncam imzalaması rayonumuzda genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinin aparılmasına güclü təkan vermişdir.

Bütün bunlara görə də 2016-cı il Qazax rayonu üçün zəngin il olmuş və həmin ildə rayonumuz bir sıra uğurlara imza atmışdır.

Ötən il Qazaxda Tarix Diyarşünaslıq Muzeyi, Daş Salahlı kəndində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyası, 11 km uzunluğu və 6 min əhalisi olan iki yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolu, "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC tikilib istifadəyə verilmişdir.

Ölkə Prezidenti İlham Əliyev cənabları 19 oktyabr 2016-cı il tarixdə rayonumuzda olarkən həmin obyektlərin açılışında iştirak etmişdir.

Ötən il uzunluğu 6 km olan, 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Uzunluğu 7 km olan, Ermənistanla sərhəddə yerləşən, 1213 nəfər əhalinin yaşadığı Qazax-Cəfərli avtomobil yolunun tikintisi üçün hazırlıq işləri görülür.

Qazax şəhərində ümumi sahəsi 1800 kvadratmetr olan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi davam edir. Qazax şəhər 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sisteminin qurulmasına başlanılmış və hazırda işlər davam etdirilir. “Azərxalça” ASC tərəfindən Qazax şəhərində Xalça fabrikinin tikintisinə başlanılmışdır. Burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Qazax şəhərindəki “Fəxri Qazaxlılar” parkında tikinti-abadlıq və yenidənqurma işləri başa çatmışdır. Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və Çaylı kəndində 1 saylı tam orta məktəbin bir hissəsində əsaslı təmir işləri aparılmışdır.

Rayon üzrə ümumilikdə 29 yeni subartezian quyusu qazılmışdır. 2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı, Xanlıqlar, Kosalar və Çaylı kəndlərində hər birində 1 ədəd subartezian quyusunun qazıntısı işləri davam etdirilir.

Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi qurulmuşdur. Şəhər ərazisində, yol kənarlarında və parklarda 12000 qızılgül və gül kolları əkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Qazax şəhərində 24 ədəd çoxmənzilli binalarda təmir işlərinə başlanılmışdır. İşlər davam etdirilir.

Qazax Sement zavodunun ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri, "Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi hazırda davam edir.

Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatdırılmışdır. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasının tikintisi işləri davam etdirilir.

Rayonun şəhər və kəndlərində, qəbiristanlıqlarda, küçələrdə və kənddaxili yollarda təmizlik işləri aparılmış, yollara qum-çınqıl döşənmişdir.

Bayraq meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, şəhərin girişində, rayonun ünvanını bildirən “Obelisk”də və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır.

Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və mərkəzi küçələrdə abadlıq işləri aparılmış, yeni ağac, gül kolları və qazon otu əkilmiş, yeni işıqlanma sistemi quraşdırılmışdır.

Qazax şəhərindəki, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında əsaslı təmir və geniş abadlıq işləri aparılmışdır. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi davam edir.

Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələri hörülmüşdür. Bala Cəfərli kəndində bir imkansız ailənin evində əsaslı təmir işləri aparılmış, 17 yaşayış evinin dam örtüyü qismən, 6 yaşayış evinin dam örtüyü tam dəyişdirilmişdir.

Xanlıqlar kəndində bir imkansız ailə üçün 1 otaqlı yaşayış evi tikilmişdir. Quşçu Ayrım kəndində bir Şəhid ailəsi üçün ev tikilmiş, Xanlıqlar, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir şəhid ailəsinin, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evində əsaslı təmir aparılmış, Xanlıqlar kəndində bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.

Şəhərin mərkəzində Aprel şəhidlərinin xatirəsinə 3 bulaq kompleksi tikilib istifadəyə verilmiş və şəhidlərimizin xatirəsinə tikilmiş bulaq komplekslərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. O cümlədən, Qazax rayonundan olan şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulmuşdur.

Bayram şənliyi respublikamızın tanınmış incəsənət xadimlərindən, müğənnilərdən, aşıqlardan ibarət böyük bir musiqiçi qrupunun təşkil etdiyi geniş konsert proqramı ilə davam edib.


Facebook-da paylaş