“Mən hər zaman sizinləyəm”
Qazax RİH Başçısı Rəcəb Babaşov Cəfərli kəndində keçirilən hesabat yığıncağında bu fikirləri söyləyib
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat yığıncağında giriş sözü ilə çıxış edərək rayonumuzda həyata keçirilən quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki, ölkə başçısı rayonumuzda səfərdə olarkən Qazaxın sosial-iqtisadi və mədəni həyatı ilə tanış olmuş, qısa vaxt ərzində rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, öz tövsiyə və tapşırıqlarını vermişdir. Prezident səfəri zamanı bir neçə obyektlərin açılışında şəxsən özü iştirak etmişdir. Tarix-Diyarşünaslıq Muzeyi, Qazax-Kosalar avtomobil yolu, Birinci Şıxlı kəndində Kəndli Fermer Təsərrüfatı, 110/35 kv-luq Daş Salahlı yarımstansiyası cənab Prezidentin xeyir-duası ilə istifadəyə verilmişdir.
Rayonumuzun bütün sahələrində tikinti-quruculuq işləri sürətlə davam edir. Azərbaycanın ilk təyyarəçisi Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə Abidə Kompleksi, Bayraq Meydanı, Qüllə, Obelisk bunun ən bariz nümunəsidir. Bundan başqa Heydər Əliyev parkı ərazisində yaradılmış süni gölün içərisində qurulmuş işıqlanma sistemi ilə təchiz olunmuş fəvvarə kompleksi, rayonun prospekt və küçələrində aparılan səliqə-sahman, evlərin dam örtüklərinin dəyişdirilməsi, fasadlarının suvanaraq rənglənməsi, məhlələrə yeni giriş qapılarının düzəldilməsi, çoxmənzilli binaların əsaslı təmiri, küçələrə əkilmiş həmişəyaşıl ağaclar və gül kolları rayonumuzda həyata keçirilən abadlıq işlərindəndir. Bütün bunlara görə deyə bilərik ki, 2016-cı il rayonumuz üçün uğurlu olmuşdur.
Sonra Cəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Mustafayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Cəfərli və Bala Cəfərli kəndləri Qazax rayonunun şimal-qərbində Ermənistanla 30 km-ə yaxın məsafədə həmsərhəddə yerləşir. Hər iki kəndin əhalisi erməni silahlı qüvvələrinin apardığı hərbi təcavüz nəticəsində bu gün də ağır sınaqlardan keçirlər. Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində kənd əhalisi atəşə məruz qalır. Lakin buna baxmayaraq kənd sakinləri hal-hazırda öz ev-eşiklərində yaşayır və normal həyat sürürlər. Onlar bilirlər ki, bu gün bizim sərhəddə dayanan güclü və qüdrətli ordumuz var.
Bu gün nümayəndəlikdə 350 təsərrüfat olmaqla 1477 nəfər əhali vardır. Onlar iki yaşayış məntəqəsində - Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışlar. Hər iki kənd rayon mərkəzindən 14 km məsafədə yerləşir. Nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir müasir tipli həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi, bir EATS fəaliyyət göstərir.
Hesabat ilində rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütamadi olaraq Cəfərli və Bala Cəfərli kənd sakinləri ilə görüşmüş, onların bütün problemləri ilə yaxından tanış olmuş və həmin problemlərin öz həllini tapması üçün lazımi göstərişlərini vermişdir.
Hesabat dövründə Bala Cəfərli kəndinə gedən asfalt yol cari təmir edilmiş, kənddə bir ədəd avtobus dayanacağı tikilmiş, Bala Cəfərli kənd sakini Qasımova Nuriyyə Tofiq qızının evinin dam örtüyü, döşəməsi və pəncərəsi dəyişdirilmiş, evinin qarşısına istinad divarı çəkilmişdir. Bundan başqa kənddəki 24 evin dam örtüyü dəyişdirilmiş, kənd sakinlərinin hər birinin həyətinə içməli su xətti çəkilmişdir. 16 ailənin maddi rifah halının yaxşılaşdırılması üçün hər birinə 1100 manat birdəfəlik yardım edilmişdir. Kəndin mərkəzində yerləşən artezian quyusu təmir edilərək rənglənmiş və normal vəziyyətə gətirilmişdir.
Cəfərli kəndində şəhid ailəsi Sədaqət Almazovanın həyətinə hasar çəkilməsi, I qrup əlil Məmməd Qarasaqqalovun evinin təmir edilməsi üçün tikinti materialları verilmişdir.

Cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yaglarına görə 180 ailəyə 404800 manat pul vəsaiti ödənilmişdir. 2016-cı ildə kənddə 300 ha buğda, 150 ha arpa, 40 ha vələmir, 2 ha qarğıdalı, 91 ha kartof, 2 ha soğan, 17 ha yonca əkilmişdir ki, bu da keçən ildəkindən xeyli çoxdur.
Hesabat ilində kənd qəbiristanlığı sakinlərin köməkliyi ilə kol-kosdan təmizlənərək səliqə-sahman yaradılmış, şəhid bulaqları rənglənmiş, küçələrdəki ağaclar ağardılmışdır. Nümayəndəliyin, kənd klubunun, kitabxananın yerləşdiyi inzibati binanın fasadı suvanaraq rənglənmişdir.
Cəfərli kəndinin aşağı hissəsində yerləşən artezian quyusunun yanında qurulmuş nasoslarla kənddə bütün evlərə gündəlik fasilələrlə içməli su vurulur. Cəfərli və Baia Cəfərli kəndlərində 2016-ci ildə elektrik enerjisinin və təbii qazın verilməsində heç bir problem olmamışdır.
Nəqliyyat cəhətdən də kənd sakinlərinin təminatı yaxşı təşkil olunmuşdur. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik həcmli avtobus əhaliyə xidmət göstərir.
2016-cı ildə Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən uşaq bağçaları təmir edilərək normal vəziyyətə gətirilmişdir.
Ərazimizin mənfur ermənilərlə həmsərhəd olduğunu nəzərə alaraq əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməklə bu istiqamətdə maarifləndirmə və izahat işləri aparılır. Bu məqsədlə Cəfərli və Bala Cəfərli kəndlərində 7 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. Onlar daima əhali arasında olur, söhbətlər aparır, problemli məsələlərin həllində bizə yaxından köməklik göstərirlər.

Kənd sakinlərindən Məzahir Mustafayev, Musa Hüseynov, Telman Kosayev, Sabir Vəliyev, Fazil Yusifov, Alı Alıyev, Mehman Nəbiyev çıxış edərək onlarla tez-tez görüşə gəldiyinə və kənd sakinlərinə göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağından sonra rayon rəhbərliyi şəhid Niyazi Quliyevin ailəsindəki yas mərasimində iştirak edib. Şəhidin atası Allahverdi Quliyevin vəfatına görə ailə üzvlərinə başsağlığı verib. Şəhidin qardaşı Nizami Quliyev onlara baş çəkdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailəsi adından öz dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL
Facebook-da paylaş