Ziyalı, ağsaqqal sözü dəqiq və kəsərli olur
Ölkə Prezidenti İlham Əliyevin Qazaxa səfəri ilə
bağlı rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda bu fikirlər ifadə olunub

Respublika Prezidenti İlham Əliyevin Qazaxa səfəri ilə bağlı rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib.
Bakı Dövlət Universiteti Qazax filialı kolektivinin təşəbbüsü ilə keçirilən tədbirdə Qazax rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, ağsaqqallar, ziyalılar, müəllimlər, tələbələr, Qarabağ müharibəsi veteranları, ehtiyatda olan hərbiçilər və KİV nümayəndələri iştirak edib.
BDU Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Oktyabr ayının 19-da Respublika Prezidenti İlham Əliyevin Qazax rayonuna səfərindən və bu səfərdən irəli gələn vəzifələrdən ətraflı şəkildə söz açıb. Bildirib ki, cənab Prezidentin Qazax rayonuna səfəri çox yüksək səviyyədə keçib.
Ölkə Başçısı rayonda I Şıxlı Kəndli Fermer Təsərrüfatının, 110 kv-luq Daş Salahlı yarımstansiyasının, Qazax-Kosalar avtomobil yolunun və Tarix Diyarşünaslıq Muzeyinin açılış mərasimlərində iştirak edib. Prezidentin yüksək səviyyədə keçən bu səfəri bizim qarşımıza böyük vəzifələr qoyur.
Bu gün biz bu tədbirdə həm görülən işlərə qiymət verməli, həm də son vaxtlar bəzi mətbuat orqanlarında rayonumuza qarşı yazılan qərəzli yazılara münasibətimizi bildirməliyik.
Bu gün bu tədbirdə iştirak edən insanlar Qazaxda çalışan, bu elə, bu torpağa öz əməyini sərf edən insanlar və onların yolunu davam etdirən nümayəndələrdir. İnanıram ki, bu görüş gələcəkdə öz bəhrəsini, öz səmərəsini verəcəkdir.
Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, rayon Qadınlar Şurasının sədri Bəsti Ələkbərova, Qazax Xeyriyyə Cəmiyyətinin sədr müavini, professor Hüseyn Xəlilov, ağsaqqal, əmək veteranı Məhəmməd Məhəmmədov, qabaqcıl təhsil işçisi, əmək veteranı Qasım Əliyev, ehtiyatda olan zabit, Qarabağ qazisi Kamil Musavi, Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Qazax rayon filialının sədri Xasay Balayev, Ehtiyatda olan Zabitlər Konfederasiyası Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, ziyalı Cümşüd Musayev və başqaları çıxış edərək irəli sürülən məsələlər barədə öz fikir və mülahizələrini bildiriblər.
Qeyd ediblər ki, ziyalılar vətəni olan Qazaxda bu gün böyük sürətlə tikinti-quruculuq və abadılıq işləri aparılır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, bir quruculuq işləri olmasın.
Bunun nəticəsidir ki, bu gün Qazax respublikamızın ən abad və ən inkişaf etmiş rayonlarından biri olub. Rayon rəhbərliyi ilə əhali arasında yaranan sıx və səmimi münasibətin nəticəsidir ki, Qazax rayonunda demək olar ki, bütün hamı qurub yaratmaqla məşğuldur. Rayon əhalisi öz əməyini yaşadığı rayonun çiçəklənməsinə, onun daha da gözəl olmasına sərf edir.
Rayonda quruculuqla yanaşı insanlara münasibət də kökündən dəyişib. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, aztəminatlı ailələr hər cür diqqət və qayğı ilə təmin olunublar.
Lakin Qazaxda gedən bu quruculuq işlərinə kölgə salmaq istəyən, suyu bulandırmağa çalışan və bu istqamətdə “pozuculuq” işləri aparan bəzi mətbuat orqanları da vardır.
Öz imzalarını belə gizli saxlayan, heç bir dəlil və sübutu olmayan bu cızma-qaraçı mətbuat işçiləri aparılan genişmiqyaslı işlərə qara yaxmağa səy göstərirlər.
Çıxış edənlər təəssüf hissi ilə bildiriblər ki, biz ziyalılar bu gün bura məhz belə dezinformasiya yayanlara, qazaxlıların gördükləri işlərə ləkə yaxmaq istəyənlərə öz haqlı iradımızı bildirmək üçün toplaşmışıq.
Qeyd ediblər ki, bu cür halların qarşısı qətiyyətlə və birmənalı şəkildə alınmalı, belə bötan və yalan xarakterli məqalələr yazan mətbuat nümayəndləri haqqında ciddi tədbirlər görülməlidir. Çünki belə yazılar insanlarda böyük qəzəb və ikrah hissləri oyadır.
Çıxış edənlər bu cür halların qarşısının alınması üçün Mətbuat Şurasına və lazım gəldiyi halda isə hüquq-mühafizə orqanlarına müraciət etməyi təklif ediblər.
Tədbirin sonunda ziyalılar və ictimaiyyət nümayəndələri adından Qətnamə qəbul olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin Qazaxa səfəri ilə
bağlı rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncağın
QƏTNAMƏSİ

Biz bu gün Qazaxın sürətli inkişafının şahidiyik və rayonumuzun öz simasını dəyişməsindən böyük qürur hissi duyuruq.
“Siz, əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız“ söylədiyi fikirlər ulu öndər Heydər Əliyevin Qazaxa və qazaxlılara verdiyi ən böyük dəyərdir.
Ulu öndərimizin vaxtıilə Qazaxa və qazaxlılara verdiyi bu yüksək qiymət rayonumuzda görülən işlərin strateji proqram xarakterli olduğunu təsdiqləyir.
Bu gün biz qazaxlılar ulu öndərin vəsiyyətinə sadiq olaraq yenə də torpaqlarımızın layiqincə keşiyindəyik və rayonumuzun inkişafına öz töhfələrimizi veririk. Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza diqqət və qayğısı, inkişafına verdiyi önəm rayon əhalisi tərəfindən böyük fərəh hissi ilə qarşılanır.
Hər səfərində rayonumuzda yeni infrastruktur layihələrinin gerçəkləşməsi, təhsil, səhiyyə, mədəniyyət və digər obyektlərin açılışı artıq ənənə halını alıb. Qazaxda görülən işlərə, həyata keçirilən abadlıq və quruculuğa möhtərəm Prezidentimiz İlham Əliyev rayonumuza yeni səfəri zamanı yüksək qiymət verdi.
Möhtərəm cənab Prezident İlham Əliyevin hər bir bölgəyə səfəri, o cümlədən Qazaxa yeni səfəri növbəti inkişafın başlanğıcıdır. Son aylarda rayonumuzda aparılan böyükmiqyaslı quruculuq və abadlıq işləri cənab Prezidentin tapşırıqları və tövsiyələrinin layiqincə yerinə yetirilməsindən xəbər verir.
Təbii ki, hər bir rayonda olduğu kimi, bizim rayonun da özünəməxsus problem və qayğıları vardır. Bu gün rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə görülən işlər bu problemlərin mərhələ-mərhələ həllinə yönəlmişdir.
Razılıq hissi ilə qeyd edirik ki, rayon İcra Hakimiyyəti Başçısını problemlərin həllini gözlədiyi yerlərdə görürük. Onun çoxsaylı müxtəlif ərazilərdə görüşləri, yerli əhali ilə ünsiyyətdə olarkən problemləri daha yaxından görməsi, qısa müddətdə öz nəticəsini verməkdədir.
Buna misal olaraq yeni tədris ili ərəfəsində bir neçə orta məktəbin əsaslı və cari təmiri, su problemlərinin həlli, sərhəd kəndlərində istinad divarlarının çəkilməsi, kənd yollarının abadılaşdırılması, ilk Azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun şərəfinə Təyyarə Abidə Kompleksinin ucaldılması, Tarix Diyarşünaslıq Muzeyinin tikilib istifadəyə verilməsi, I Şıxlı kəndində kəndli-fermer təsərrüfatının yaradılması, aprel şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi və bir çox başqa işləri məmnuniyyətlə göstərmək olar.
Biz ziyalılar və ictimaiyyət nümayəndələri gələcəkdə görüləcək işlərin həyata keçirilməsində üzərimizə böyük vəzifələrin düşdüyünü bilməliyik. İlk növbədə rayon əhalisi görülən işlər barədə daim məlumatlandırılmalı və geniş təbliğat işləri aparılmalıdır.
Bu gün biz rayonumuzda görülən işlər barədə məlumatlar verməklə kifayətlənməməliyik. Bu işlər barədə respublikanın müxtəlif mətbuat orqanlarında və aidiyyatı saytlarında reallığı əks etdirən informasiyalar yerləşdirilməsi məqsədəuyğun olardı.
Təəssüf ki, bəzi insanlar hazırda rayonumuzda gedən böyük quruculuq işlərinə düzgün qiymət vermək gücündə deyillər. Onların belə destruktiv mövqeyi biz qazaxlılar arasında heç vaxt çaşqınlıq yarada bilməz.
Biz hesab edirik ki, belə insanlar reallıqdan və obyektivlikdən kənara çıxmamalıdırlar. Onlar bilməlidirlər ki, hər bir qazaxlı kimi mahalımızın inkişafına və tərəqqisinə xidmət etməlidirlər.
Qazaxlılar bütün dövrlərdə olduğu kimi Ölkə Prezidenti cənab İlham Əliyevin sosial dayağı olaraq, onun apardığı siyasətin daima önündədirlər. Bizim hər birimiz rayonumuzun inkişafı üçün əlimizdən gələni etməliyik.
Qətnamə Qazax ziyalılarının və ictimaiyyət nümayəndələrinin 15 noyabr 2016-cı il tarixli yığıncağında qəbul edilmişdir.

Facebook-da paylaş