Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax rayonunda vətəndaş amilinin daim diqqət mərkəzində
saxlanıldığını keçirilən səyyar görüşlərdən, vətəndaşların fərdi şəkildə qəbul
edilmələrindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin siyasətinin
əsasını təşkil edən bu cür qəbulların keçirilməsi bir məqsəd daşıyır ki, onun da
arxasında xalqa xidmət dayanır. Qazaxda vətəndaşların fərdi şəkildə qəbul edilmələri, sakinlərin rahat
şəkildə öz arzu və istəklərini çatdıra bilmələri onlara olan qayğının bariz
nümunəsidir. Keçirilən hər bir fərdi görüş vətəndaşları narahat edən məsələlərin
öz müsbət həllini tapması deməkdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə
qəbul edib, onları narahat edən məsələləri dinləyib. Çaylı kənd
sakinləri Məmmədova Könül Fəzail qızı və Məmmədova Aynurə Vahid qızı şəhid olmuş
dayıları Ayvazov Yusif Süleyman oğluna görə ödəniləcək 11 min manat məbləğində
birdəfəlik ödəmə ilə bağlı müraciət ediblər. Rayon
rəhbərliyi aidiyyəti şəxslərin iştirakı ilə vətəndaşları diqqətlə dinləyib. Məsələ
ilə bağlı onlara qanunamüvafiq qaydada ətraflı izahat verilib. Qaldırdıqları
məsələ ilə bağlı aidiyyəti üzrə lazımi orqanlara müraciət etmələri tövsiyə
olunub. İkinci Şıxlı
kənd sakini Nəsibov Vaqif Aslan oğlunun torpaq məsələsi ilə bağlı müraciəti də
vətəndaşa ətraflı şəkildə izah edilib. GOYEZEN.AZ
Facebook-da paylaş