• Təqvim

  • Unutma

  • Maraq



6 saylı bağçada işlər yekunlaşmaq üzrədir

 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan uşaqlardır. Rayon rəhbərinin son iki il yarım ərzində uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələr körpə fidanların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində görülən məqsədyönlü işlərdir.  Bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərdir.
Sevindirici haldır ki, tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi ötən il olduğu kimi, bu il də uğurla davam etdirilir.
Şəhərin mərkəzində yerləşən  6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bunu bir daha sübut edir. 
İcra başçısı Rəcəb Babaşov tikinti başlayan ilk gündən mütəmadi olaraq bağçada olur, öz tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbəri bu gün növbəti dəfə əsaslı şəkildə yenidən qurulan həmin bağçada görülən son tamamlanma işləri ilə maraqlanıb. 
İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində və həyətində abadlıq işləri aparılır. Həyətə tamet döşənib, bağça binasının ön hissəsində və kənarlarında hasar çəkilməsi və suvaq işi başa çatıb. Binanın xarici fasadında rənglənmə işləri yekunlaşıb, bağçanın həyətində isə gözətçi otağı tikilib.  
Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını bildirib.
Sonra rayon rəhbəri şəhər 5 saylı körpələr evi-uşaq bağçasında balaca fidanlarımız üçün yaradılan şəraitlə, ərzaq təminatı və körpələrin tibbi müayinə olunmaları ilə maraqlanıb.
















Facebook-da paylaş