Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Son iki il yarımdır ki, Qazaxda ölkə başçısının tapşırıq və tövsiyələrinə
uyğun olaraq bütün sahələrdə vətəndaşlara göstərilən xidmət və onlara olan qayğı
daim diqqət mərkəzində saxlanılır. Rəhbər kimi təyin olunduğu ilk gündən
vətəndaş amilini fəaliyyətinin əsas hissəsi hesab edən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhali ilə sıx ünsiyyətdə olur, onları
fərdi şəkildə qəbul edir, problem və qayğıları ilə maraqlanır.
İcra başçısı bu
gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini
dinləyib.
Şəhər sakini
Cəfərova Vəfa Oktay qızı işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşın
istəyini nəzərə alıb boş iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.
Xanlıqlar kənd sakini Məmmədova Pakizə Narkom qızı ünvanlı sosial yardım və
oğlunun fonda olan borcu ilə bağlı müraciət edib. Vətəndaşın istəyini diqqətlə
dinləyən rayon rəhbəri birinci məsələ ilə bağlı sənədlərini aidiyyəti üzrə
təqdim etməsini, ikinci məsələ ilə bağlı isə borcun ödənilməli olduğunu qeyd
edib.
Kəmərli kənd sakini Kazımova Sevda Hətəm qızı mərhum yoldaşının adına olan
marşrut xəttinin əlindən alındığını bildirib və bununla əlaqədar köməklik
olunmasını xahiş edib. Vətəndaşı dinləyən icra başçısı qaldırılan məsələnin
ətraflı şəkildə araşdırılacağını vurğulayıb və aidiyyəti üzrə tapşırıq verib.
Şəhər sakinlərindən Babacanova Gövhər Əli qızı işlə təmin olunduğuna, A.Əmilov
adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin bir qrup müəllimi isə marşrut
məsələsinin həll olunmasına görə minnətdarlıqlarını bildiriblər. Onlar
tərəfindən qaldırılan məsələyə operativ şəkildə münasibət bildirildiyinə görə
rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
Şəhər sakini Məmmədova Tamella Şoşqulu qızı gəlninin işlə təmin olunmasına
köməklik edilməsini qeyd edib. Vətəndaşa gəlninin müəllimlərin işə qəbulu üzrə imtahanda
iştirak etməsi və sənədlərini təqdim etməsi tövsiyə edilib.
Yuxarı Əskipara kənd sakini Həsənov Hidayət İbrahimxəlil oğlunun pay torpaq
məsələsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyəti təşkilatların iştirakı
ilə yerində baxış keçiriləcəyi çatdırılıb.
Aşağı Salahlı kənd sakinləri Abdullayeva Bəturə Möysüm qızının, Salmanova Təranə Oruc qızının, Qızılhacılı kənd sakini Qurbanova Sənəm Əli
qızının, Xanlıqlar kənd sakini Rəcəbova Aygün Vaqif qızının, Aşağı Əskipara
kənd sakini Qəhrəmanov Möhübbət Böyükağa oğlunun, şəhər sakinləri Vəliyev Eltac
Urfət oğlunun və Orucova Aidə Kərim qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş