• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda vətəndaş amili həmişə ön plana çəkilmiş, vətəndaşa göstərilən diqqət və qayğı ən yüksək səviyyəyə çatdırılmışdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki, fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə maraqlanır. Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara diqqət və qayğı ilə yanaşılır.

Rayon rəhbəri bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Şəhər sakini Namazova Xəyalə Həsən qızı sığınacaqla təmin olunması və aliment məsələsi ilə bağlı müraciət edib. Vətəndaşı diqqətlə dinləyən icra başçısı qaldırılan birinci məsələ ilə bağlı boş yer yaranan zaman baxılacağını və müraciətinin nəzərə alınacağını bildirib. Digər məsələnin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verib.  

Bağanıs Ayrım kənd sakini Poladova Dilqəm Mahmud qızı isə oğlunun işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa onun istəyini nəzərə alıb oğlunun ixtisasına uyğun iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.


GOYEZEN.AZ

 



Facebook-da paylaş