Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Rəhbər
kimi təyin olunduğu ilk gündən vətəndaş amilini fəaliyyətinin əsas hissəsi
hesab edən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhali ilə sıx ünsiyyətdə olur, onların
problem və qayğıları ilə maraqlanır. Ölkə başçısının tapşırıq və tövsiyələrinə
uyğun olaraq bütün sahələrdə vətəndaşlara daim diqqət və qayğı ilə yanaşır.
İcra başçısı bu gün də bir
qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların
müraciətlərini dinləyib.
Ürkməzli
kənd sakini İbrahimov Faiq Çoban oğlu işlə təmin
olunması ilə bağlı müraciət edib. Vətəndaşa onun istəyini nəzərə alıb ixtisasına
uyğun iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.
Dəmirçilər
kənd sakini Mansurova Şərqiyyə Mansur qızı da övladlarının işlə təmin
olunmalarına köməklik edilməsini qeyd edib. Vətəndaşı diqqətlə dinləyən rayon
rəhbəri bir övladının dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib.
Digər oğlunun isə ona münasib işlə təmin olunması ilə bağı aidiyyəti üzrə
tapşırıq verib.
Qazaxbəyli
kənd sakini Əzizova Sehran Firuddin qızı isə qızının sığınacaqla təmin olunması
ilə bağlı müraciət edib. Vətəndaşı diqqətlə dinləyən icra başçısı qaldırılan məsələ
ilə bağlı boş yer yaranan zaman baxılacağını, eyni zamanda qeydiyyata alınmasını
bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş