Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


14-11-2018, 18:55


Rəhbər kimi təyin olunduğu ilk gündən vətəndaş amilini fəaliyyətinin əsas hissəsi hesab edən  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhali ilə sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə maraqlanır. Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara daim diqqət və qayğı ilə yanaşır.

İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Ürkməzli kənd sakini İbrahimov Faiq Çoban oğlu işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa onun istəyini nəzərə alıb ixtisasına uyğun iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.

Dəmirçilər kənd sakini Mansurova Şərqiyyə Mansur qızı da övladlarının işlə təmin olunmalarına köməklik edilməsini qeyd edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri bir övladının dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib. Digər oğlunun isə ona münasib işlə təmin olunması ilə bağı aidiyyəti üzrə tapşırıq verib.

Qazaxbəyli kənd sakini Əzizova Sehran Firuddin qızı isə qızının sığınacaqla təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşı diqqətlə dinləyən icra başçısı qaldırılan məsələ ilə bağlı boş yer yaranan zaman baxılacağını, eyni zamanda qeydiyyata alınmasını bildirib.  



GOYEZEN.AZ

 


Geri qayıt