İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası da əsaslı təmir olunacaq
Bu gün
genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax
rayonunda diqqət çəkən məqamlardan biri də odur ki, Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin
yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün diqqət və qayğısını əsirgəmir. Respublika Prezidenti İlham Əliyevin
regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci
il tarixli Sərəncamını Qazax rayonunda uğurla icra edən rayon rəhbəri bu sahədə
təqdirəlayiq işlər görürür. Böyüməkdə olan azyaşlı körpələrimizin sağlam mühitdə
böyüməsi üçün Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda yeni
bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə
təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur. Uşaqların gözəl şəraiti
olan bağçalarda təlim-tərbiyə olunması üçün bağçalar müasir inventar və
avadanlıqlarla təchiz edilir. Son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr
evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq
bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir
olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr
evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd
uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə
yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr
evi-uşaq bağçası bunun bariz nümunəsidir. Sevindirici hal isə odur ki, yeni-yeni uşaq
bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi
ilə yanaşı, kəndlərimizdə də uğurla davam etdirilir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir kənd bağçasının əsaslı şəkildə təmir
olunması üçün yerində baxış keçirib. İkinci Şıxlı kənd
2 saylı körpələr evi-uşaq bağçasında olan rayon rəhbərinə məlumat verilib ki, bağça
binası istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq
ucbatından bina olduqca yararsız hala düşüb və əsaslı təmirə ehtiyac var. Bağça
binasında yaranmış vəziyyətlə yerində tanış olan icra başçısı bu bağçanın da əsaslı
şəkildə təmir olunması barədə göstəriş verib. Yaxın vaxtlarda İkinci Şıxlı
kənd 2 saylı körpələr evi-uşaq bağçasında təmir işlərinə başlanılacaq və bina əsaslı
şəkildə yenidən qurulacaq. Bağça müdiri Lalə Qurbanova digər bağçalar
kimi, onların bağçasının da əsaslı şəkildə təmir olunmasına göstəriş verdiyi
üçün müəllimlər və bütün valideynlər adından öz dərin minnətdarlığını bildirib.
Qeyd edib ki, bağçanın təmir olunması rayonda körpələrə olan diqqət və qayğının
əyani təzahürüdür. Eyni zamanda, ölkə başçısının bağçalarla bağlı imzaladığı Sərəncamın
Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş