Əsas Səhifə > Manşet / Sosial > İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası da əsaslı təmir olunacaq

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası da əsaslı təmir olunacaq


26-08-2018, 21:09


Bu gün genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda diqqət çəkən məqamlardan biri də odur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün diqqət və qayğısını əsirgəmir.

Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamını Qazax rayonunda uğurla icra edən rayon rəhbəri bu sahədə təqdirəlayiq işlər görürür. Böyüməkdə olan azyaşlı körpələrimizin sağlam mühitdə böyüməsi üçün Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq rayonda yeni bağçaların tikintisi ilə yanaşı, tələbata cavab verməyən binalar da əsaslı şəkildə təmir olunur, bərpa işləri aparılaraq yenidən qurulur. Uşaqların gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir.

Son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması, bu yaxınlarda əsaslı şəkildə yenidən qurularaq körpələrin istifadəsinə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.

Sevindirici hal isə odur ki, yeni-yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması şəhər mərkəzi ilə yanaşı, kəndlərimizdə də uğurla davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir kənd bağçasının əsaslı şəkildə təmir olunması üçün yerində baxış keçirib. İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında olan rayon rəhbərinə məlumat verilib ki, bağça binası istifadəyə verildiyi gündən təmir olunmayıb. Uzun müddət baxımsızlıq ucbatından bina olduqca yararsız hala düşüb və əsaslı təmirə ehtiyac var.

Bağça binasında yaranmış vəziyyətlə yerində tanış olan icra başçısı bu bağçanın da əsaslı şəkildə təmir olunması barədə göstəriş verib. Yaxın vaxtlarda İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında təmir işlərinə başlanılacaq və bina əsaslı şəkildə yenidən qurulacaq.

Bağça müdiri Lalə Qurbanova digər bağçalar kimi, onların bağçasının da əsaslı şəkildə təmir olunmasına göstəriş verdiyi üçün müəllimlər və bütün valideynlər adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bağçanın təmir olunması rayonda körpələrə olan diqqət və qayğının əyani təzahürüdür. Eyni zamanda, ölkə başçısının bağçalarla bağlı imzaladığı Sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir. 











 

GOYEZEN.AZ


Geri qayıt