Tələbkarlıq olan yerdə nəticə də yüksək olur » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Tələbkarlıq olan yerdə nəticə də yüksək olur

Tələbkarlıq olan yerdə nəticə də yüksək olur
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər zaman ön plana çəkilib. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması da bu siyasətin ən başlıca istiqamətlərindən biridir. Məhz Ölkə Başçısının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı 26 yanvar 2018-ci il tarixli sərəncamı və bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətdə görülən işlər bunun ən bariz nümunəsidir.

Respublika Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi, agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyevin 22 may 2018-ci il tarixli növbəti sərəncamı bir daha sübut edir ki, ölkəmizdə atılan bu məqsədyönlü addımlar vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkərək əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verir, bu istiqamətdə əməli işlər görür.

Xəbər verdiyimiz kimi, rayon rəhbəri bir neçə həftə bundan əvvəl rayonda fəaliyyət göstərən çörəkbişirmə obyektlərində olaraq mövcud vəziyyətlə yerində tanış olmuşdu. Aidiyyatı təşkilat nümayəndələrinin, Qazax ziyalılarının iştirakı ilə keçirilən baxış zamanı çörəyin necə bişirilməsi, antisanitariya qaydalarına düzgün əməl olunub-olunmaması öyrənilmişdi. İşçilərin gigiyenik qaydalara əməl etməsi, obyektlərdə olan çatışmazlıqlar, mövcud nöqsanlar qeyd olunmuşdu. Lazım olan yerlərdə yaranmış mənzərə ilə bağlı iradlar bildirilmiş və obyekt sahiblərinə səliqə-sahman yaradılması barədə ciddi tapşırıqlar verilmişdi.

Bu gün İcra Başçısı Rəcəb Babaşov yenidən bir neçə çörəkbişirmə obyektində olub, verilən tapşırıqların nəticəsi və bildirilən iradlara əməl edilib-edilməməsi ilə maraqlanıb.

Rayon rəhbəri mövcud vəziyyətlə tanış olduqdan sonra yaradılan şəraitin, səliqə-sahmanın, sakinlərə göstərilən xidmət və təklif olunan ərzağın keyfiyyətinin yüksək səviyyədə olmasını qeyd edib, bəzi tapşırıq və tövsiyələrini verib.

Tələbkarlıq olan yerdə nəticə də yüksək olur
Tələbkarlıq olan yerdə nəticə də yüksək olur
Tələbkarlıq olan yerdə nəticə də yüksək olur
Tələbkarlıq olan yerdə nəticə də yüksək olur
GOYEZEN.AZ


Facebook-da paylaş