• Təqvim

  • Maraq

Sakinlərin sağlamlığı və təhlükəsizliyi hər şeydən vacibdir

Sakinlərin sağlamlığı və təhlükəsizliyi hər şeydən vacibdir
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını vətəndaş amili təşkil edir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması bu siyasətin ən başlıca istiqamətlərindən biridir. Məhz Ölkə Başçısının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı 26 yanvar 2018-ci il tarixli sərəncamı da bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Respublika Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi, agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Respublika Prezidentinin 22 may 2018-ci il tarixli növbəti sərəncamı bir daha sübut edir ki, ölkəmizdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi hər şeydən öndə dayanır.

Bu gün Ölkə Başçısının əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıq və tövsiyələri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkərək bu istiqamətdə mühüm işlər görür.

Bu gün İcra Başçısı Rəcəb Babaşov rayonda fəaliyyət göstərən bir neçə çörəkbişirmə obyektlərində olaraq mövcud vəziyyətlə yerində tanış olub. Aidiyyatı təşkilat nümayəndələrinin, Qazax ziyalılarının iştirakı ilə keçirilən baxış zamanı çörəyin necə bişirilməsi, antisanitariya qaydalarına düzgün əməl olunub-olunmadığı öyrənilib. İşçilərin gigiyenik qaydalara əməl etməsi, obyektlərdə olan çatışmazlıqlar, mövcud nöqsanlar qeyd olunub. Lazım olan yerlərdə yaranmış mənzərə ilə bağlı iradlar bildirilib və obyekt sahiblərinə səliqə-sahman yaradılması barədə ciddi tapşırıqlar verilib.

Daha sonra rayon rəhbəri rayonda fəaliyyət göstərən dönər bişirilən obyektlərdə olub, yaradılan şəraitlə, səliqə-sahmanla, sakinlərə göstərilən xidmət və təklif olunan ərzağın keyfiyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ

Facebook-da paylaş