• Təqvim

  • Maraq

Sərhəd kəndlərinin təhlükəsizliyi tam təmin olunmalıdır

Sərhəd kəndlərinin təhlükəsizliyi tam təmin olunmalıdır
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun sərhəd kəndlərində keçirdiyi görüşlərdə bu fikir səslənib.

Həmişə xalqın arasında olan, mövcud problemləri yerli sakinlərin öz dillərindən eşidib tədbirlər görən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün sərhəd kəndlərində olub. Quşçu Ayrım, Məzəm, Fərəhli, AlpoudAbbasbəyli kəndlərində rayonun hüquq-mühafizə orqanlarının, hərbçilərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sakinlər rayon rəhbərini çox səmimi qarşılayaraq ona ən xoş arzularını bildiriblər.
Sərhəd kəndlərinin təhlükəsizliyi tam təmin olunmalıdır
Qarşılıqlı işgüzar şəraitdə keçən görüşlərdə rayon İcra Hakinmiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, bu gün sərhəd kəndlərinə olduqca böyük diqqət və qayğı göstərilir. Yerli sakinlərin təhlükəsizliyi daim diqqət mərkəzindədir. Bunun üçün biz əlimizdən nə gəlirsə edirik və bu işlər gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəkdir. Təmas xəttində hər şey nəzarət altında olmalıdır. Elə etmək lazımdır ki, dinc sakinlər təhlükələrlə üzləşməsinlər. Bunun üçün lazım gələn bütün tədbirlər görülüb və bu proses gələcəkdə də davam etdiriləcəkdir. Məzəm kəndində evlərin qarşısına istinad divarları çəkilib, Quşçu Ayrım kəndində evlərin pəncərələri hörülüb, Fərəhlidə və digər sərhəd kəndlərində təhlükəsizlik tədbirləri həyata keçirilib. Qeyd edib ki, bu gün Azərbaycan ordusu dünyanın ən bacarıqlı və ən qabaqcıl ordularından birinə çevrilib.
Sərhəd kəndlərinin təhlükəsizliyi tam təmin olunmalıdır
Quşçu Ayrım kənd sakinlərindən Lətif Dünyamalıyev, Nəsib İsmayılov, Rəsul Rüstəmov, Fərəhlidən Əsmər Məmmədova, Cavahir Kazımova, Etibar Vəliyev, Alpoud-Hüseynbəyli kəndlərindən Faiq Mərdanov, Fərrux Namazov, Məzəm kəndindən Süleyman Süleymanov, Tamella Süleymanova, Tükəzban Qasımova, Məmməd Əliyev və başqaları çıxış edərək Respublika Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpoud və Abbasbəyli kəndlərində həyata keçirdiyi işlərə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Facebook-da paylaş