İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib » Göyəzən internet portalı


İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib

İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Prezident İlham Əliyevin apardığı siyasətin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda tam əminliklə yerinə yetirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sakinləri narahat edən məsələləri onların öz dilindən eşitmək məqsədilə şəhərdə, eləcə də kəndlərdə sakinlərlə səyyar görüşlər keçirir, vətəndaşların müraciətlərini dinləyir, qaldırılan məsələlərin həll edilməsi istiqamətində konkret tapşırıqlar verir. Rayon rəhbərinin fəaliyyətinin ən əsas hissəsinə çevrilmiş səyyar görüşlər artıq bir ənənə halını alıb.

Bu gün rayonun İkinci Şıxlı kəndində keçirilən səyyar görüş vətəndaş amilinin ən bariz nümunəsidir. Kənddə keçirilən görüşdə sakinlər rayon rəhbərini həmişə olduğu kimi bu dəfə də böyük səmimiyyət və sevinclə qarşılayıblar. Bu da səbəbsiz deyil. İcra Başçısı mütəmadi olaraq kəndlərdə olur, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşır, həmişə vətəndaşın yanında olur. Bu səbəbdən də rayon rəhbəri ilə xalq arasında bir səmimiyyət, inam və birlik yaranmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra qeyd edib ki, bu il artıq 11-ci dəfədir ki, sizinlə görüşə gəlmişəm.

Bugünkü görüşümüzün də əsas məqsədi həmişə olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Rayon rəhbəri bildirib ki, son iki ildə İkinci Şıxlı kəndində də xeyli quruculuq işləri görülmüş, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, kənddə əkin sahəsi 400 hektardan 1875 hektara çatmışdır. Ötən ildən tikintisinə başlanılan aqroparkın inşaası başa çatmaq üzrədir. Bu istehsal müəssisəsi işə düşdüksən sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır. Mövsüm ərzində isə 350-450 adam işləyəcəkdir. Aqroparkda istehsal sahəsi də yaradılacaqdır ki, burada da 100 nəfərə yaxın kənd sakininin işlə təmin olunması nəzərdə tutulmuşdur.

İcra Başçısı qeyd edib ki, kənddəki bağçaların şəraiti günün tələblərinə cavab vermir. Yaxın vaxtlarda həmin bağçaların təmirinə başlanılacaqdır. Ümumiyyətlə, ilin sonuna kimi rayonumuzda olan bütün bağçalar əsaslı şəkildə təmir ediləcəkdir.

Kənddəki məktəblərdən söz açan rayon rəhbəri gələn il Sarıvəlli məktəbinin təmirinin investisiya proqramına salındığını qeyd edib və sonrakı ildə isə II Şıxlı kənd tam orta məktəbinin də təmir ediləcəyini bildirib.

Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsindən söz açan Rəcəb Babaşov qeyd edib ki, son 2 ildə rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Bağçaların inşasından və əsaslı təmirindən danışaraq Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçalarının yenidən qurulmasını, şəhərdə isə yeni uşaq bağçasının tikilməsini bu sahədə qazanılan uğurların ən bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, bağçaların əsaslı şəkildə təmir olunması bu il də davam etdirilir. Hazırda şəhər 2 saylı uşaq başçası təmir olunur və yaxın günlərdə başa çatdırılacaqdır.

İcra Başçısı qeyd edib ki, Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilərək istifadəyə verilmişdir. Cəfərli kəndinə yeni yolun çəkilişi başa çatmışdır. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

Bildirib ki, bu gün rayonun elə bir kəndi tapılmaz ki, orada qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapmasın.

Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

Tütünçülüyün inkişafından danışan rayon rəhbəri bildirib ki, əgər 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülmüşdür. Tütünün gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələri daha da genişləndirilmiş və 60 hektarda əkin aparılması nəzərdə tutulmuşdur.

İcra Başçısı bildirib ki, Qazax rayonunda kənd təsərrüfatının başqa sahələri kimi baramaçılıq da ildən-ilə inkişaf edir. Artıq üçüncü ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Bu il kümçülər 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Bir sözlə, rayonumuzda bütün sahələr inkişaf edir və uğurlu göstəricilər qazanılır. Bu uğurların kökündə isə Ölkə Başçısının göstərdiyi diqqət və qayğı dayanır.

Kənd sakinlərindən Qurban Mikayılov, Rahilə Osmanova, İlham Musayev, Rahilə Əhmədova çıxış edərək onlarla mütəmadi görüşlər keçirdiyinə, kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə İcra Başçısına minnətdarlıqlarını bildiriblər.

Sakinlərdən Əminə Bənnayeva, İndira Mədətova, bələdiyyə sədri Fikrət Talıbov və başqaları söz alaraq kənddə olan bu və digər məsələlər barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə tapşırıqlar verib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sakinlərlə səyyar görüşlərin daha tez-tez keçiriləcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Elçin İSMAYIL

İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
İkinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib


Facebook-da paylaş