Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib » Göyəzən internet portalı


Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

Yığıncaqda idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər, YAP fəalları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın binasında yerləşən büstü önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri xatırlanır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq bildirib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində böyük yeniliklərə, böyük işlərə imza atmışdır. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Ölkə iqtisadiyyatının davamlı tərəqqisinin təzahürlərindən biri olan regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb.

YAP Qazax rayon təşkilatı sədrinin müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatının Şura üzvlərindən Abbas Göyüşov, Səfurə Rəhimova, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü və YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub.

Elçin İSMAYIL

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib


Facebook-da paylaş