Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlər başa çatıb
Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Tahir Musayev Mərkəzi Xəstəxananın tikintisi ilə yaxından tanış olub, görülən işlərlə maraqlanıblar.
Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda 5 korpusda əsas işlər demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.
C.Əfəndiyev qeyd edib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı, çöl hissəsində də tikinti işləri görülür. Belə ki, binanın ətrafına hasar çəkilib. Giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Həmçinin nəzarət-buraxılış məntəqəsi də tam hazırdır. Transformator stansiyası üçün isə bina tikilməkdədir.
İş icraçısı bildirib ki, hazırda xəstəxana binasının xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür. Sanitar qovşaqlarında kafel və metlax vurulması davam edir.
Facebook-da paylaş