• Təqvim

  • Unutma

  • Maraq



“İnvestel GROUP” MMC-də əsas işlər görülüb

“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
Bu gün ölkəmizdə sahibkarlığın inkişaf etməsi üçün olduqca əlverişli olan bölgələrdən biri də Qazax rayonudur. Ölkə Başçısının göstərişlərinə uyğun olaraq demək olar ki, rayonda sahibkarlara hərtərəfli dəstək verilir, iş adamları üçün münbit şərait yaradılır. Məhz sahibkarlara göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda yeni-yeni sahibkarlıq obyektləri tikilir, istehsal müəssisələri inşa edilir.

Rayonun ünvanına daxil olan yeni sahibkarlıq obyektlərindən biri də “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən kənd təsərrüfatı müəssisəsidir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq yeni inşa olunan tikinti obyektinə baş çəkir, görülən işlərlə maraqlanır.

Rayon rəhbərliyi bu gün də yeni inşa olunan obyektə gələrək həyata keçirilən işlərlə yaxından tanış olub.

Layihə rəhbəri Kamil Əlimirzəyev rayon rəhbərinə məlumat verib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Bildirib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

Hazırda 2600 tonluq soyuducu anbarın hörgü işi bitib. Yaxın günlərdə dam örtüyünün montajına başlanılacaqdır. Eyni zamanda, inzibati binanın tikintisi işləri də başa çatıb. Tezliklə binada tamamlanma işləri görüləcəkdir.

İcra Başçısına məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.
Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Görülən işlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb
“İnvestel GROUP” MMC-də əsas işlər görülüb


Facebook-da paylaş