“İnvestel GROUP” MMC-də əsas tikinti işləri görülüb
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək, göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda bu sahə sürətlə inkişaf edir.
Sahibkarlığın inkişafı üçün olduqca əlverişli rayon olan Qazaxda da bu istiqamətdə əhəmiyyətli işlər görülür. Rayonda bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, Qazaxda sahibkarlıq daha geniş vüsət alıbdır.
Kənd təsərrüfatı məhsullarının əkini, biçini və istehsalı ilə məşğul olan “İnvestel GROUP” MMC-nin gördüyü işlər, həyata keçirdiyi layihələr Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin ən bariz nümunəsidir.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “İnvestel GROUP” MMC tərəfindən II Şıxlı kəndində tikilən müəssisədə olaraq görülən işlərlə maraqlanıb.
Layihə rəhbəri Kamil Əlimirzəyev İcra Başçısına məlumat verib ki, “İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir. 1-ci pilləli nasosxanada tikinti işləri bitib. Eyni zamanda, əkin sahələrinin suvarılması üçün diametri 530 mm olan dəmir metal borulardan istifadə olunmaqla 13,5 km uzunluğunda su xətti çəkilişi də başa çatıb. Birinci pillədə 3 ədəd nasos quraşdırılıb və nasosxanaların montajı bitibdir. 2-3 günə yoxlama testi veriləcəkdir. İkinci və üçüncü pilləli nasosxanalarda da tikinti və montaj işləri başa çatdırılıbdır.
Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilibdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. Bununla yanaşı, sahədaxili ümumi uzunluğu 18 km olan diametri 315 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi işləri də davam etdirilir. Sahələrin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına isə hazırlıq işləri görülür. Cəmiyyət tərəfindən əkiləcək 1100 hektar sahənin 200 hektarını kartof, 200 hektarını qarğıdalı, 200 hektarını noxud, 300 hektarını buğda və 200 hektarını isə arpa sahəsi təşkil edəcəkdir.
“İnvestel GROUP” MMC ümumi sahəsi 1600 kvadratmetrlik olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır.
Layihə rəhbəri bildirib ki, sahəsi 2200 kvadratmetr olan soyuducu kartof saxlanc anbarı tikilir ki, artıq burada hörgü işləri başa çatmaq üzrədir. Tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binada da hörgü işləri yaxın günlərdə yekunlaşacaqdır.
Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılıbdır.
Ümumiyyətlə, 3300 kvadratmetr sahədə tikinti işləri aparılır ki, buraya texnikaların saxlanılması, təmir edilməsi, yeməkxanaların inşası və s. tikililər daxildir. Məlumat verilib ki, cəmiyyət tərəfindən həyata keçirilən əsas tikinti işləri başa çatıbdır.
Görülən işlərlə tanış olan rayon rəhbərliyi öz tövsiyələrini verib, lazım gələn bütün köməkliklərin göstəriləcəyini bildirib.

Elçin İSMAYIL
Facebook-da paylaş