Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək demək olar ki, həftənin bütün günlərində fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir.

Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Sumqayıt şəhərində yaşayan, əslən Aslanbəyli kəndindən olan birinci qrup gözdən əlil Şəmmədov İkram Əhməd oğlu qəbul zamanı 500 km uzaqda yaşamasına baxmayaraq rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun xoş sədalarını eşitdiyini bildirib. Qeyd edib ki, Qazaxda həyata keçirilən böyük miqyaslı tikinti-quruculuq işləri, şəhid ailələrinə, müharibə veteranlarına, məcburi köçkünlərə və bütövlükdə rayon sakinlərinə göstərilən diqqət və qayğı bir qazaxlı kimi onu çox sevindirir. Bütün bu işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Sonda həmkəndlisi şair Məzahir Yaqubun oğlunun işlə təmin olunmasını xahiş edib.

İcra Başçısı deyilən xoş sözlərə görə minnətdarlıq edərək şairin oğluna köməklik edəcəyini bildirib.

Şəhər sakini, Qarabağ müharibəsi veteranı, birinci qrup gözdən əlil Vəliyev Qərib Kərəm oğlu Qarabağ müharibəsi veteranı adının alınmasında verdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Sahibkarlıq üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş edib.

Rəcəb Babaşov vətəndaşı diqqətlə dinlədikdən sonra müraciətin həll olunması istiqamətində göstəriş verib.

Sonra rayon rəhbərliyi bir qrup mədəniyyət işçisini qəbul edib. Aşıqlardan Camoy Qurbanov, Məhəmmədəli Məşədiyev, 2 saylı Musiqi Məktəbinin direktoru Ramil Qurbanov, məktəbin müəllimi Vaqif Əliyev mədəniyyət sahəsinə diqqət və qayğı ilə yanaşdığına, onlara dəstək olduğuna görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. Məktəbin müəllimi Afət Nəsibovanın yeni bir mahnı yazdığı qeyd olunub.

İcra Başçısı mütəxəssislərin iştirakı ilə mahnının dinlənilməsini və rəy verilməsini tapşırıb.

ELÇİN İSMAYIL


Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş