Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur » Göyəzən internet portalı


Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur

Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Bayram günlərinin olmasına baxmayaraq Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərin “Hərbi şəhərcik” adlanan yaşayış massivinə gəlib, burada çoxmənzilli binalarda aparılan təmir-bərpa işləri ilə maraqlanıb.

İcra Başçısı 2018-ci ilin əvvəllərində bu ərazidə olaraq burada yerləşən və hərbiçi ailələrinin yaşadığı 4 çoxmənzilli binanın, eləcə də çoxmənzilli mehmanxana binasının əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Qeyd etmişdi ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq, hərbiçi ailələri üçün lazımi şərait yaradılacaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 192 ailənin yaşadığı Hüseyn Arif küçəsində yerləşən 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının, eləcə də hərbi mehmanxana binasını gəzərək görülən təmir işləri ilə yerində tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Sakinlər yaşadıqları binalarda təmir işləri aparıldığına görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
Hərbiçi ailələrinin yaşadığı çoxmərtəbəli binalar təmir olunur
GOYEZEN.AZ


Facebook-da paylaş