Qazaxda Fermerlər Şurası yaradılıb
Sentyabrın
3-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon fermerlərinin
iclası keçirilib. İclasın sədri Asif Yusifov Fermerlər Şurasının
yaradılmasının əhəmiyyəti, şuranın fəaliyyət istiqamətləri haqqında məlumat
verərək qeyd edib ki, bu şuranın yaradılması biz fermerlərə istək və ehtiyaclarımızı
daha asanlıqla aidiyyatlı təşkilatlara çatdırmağımız, təkliflərimizi irəli
sürməyimiz, təsərrüfatlarımızı inkişaf etdirməyimiz üçün çox əhəmiyyətlidir. Şuranın fəaliyyət istiqamətləri barədə məlumat
verən iclas sədri fermerlərin aqrar sahədə mövcud problemlərini müzakirə etmək
və həlli üçün təkliflərini Nazirliyə təqdim etmək, ölkənin aqrar sektorunda
fermerlərin davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən dövlət
siyasətinə dəstək vermək, ölkədə fermerlərin aqrar sahədə prioritet
istiqamətlərinin müəyyən edilməsində və bu sahədə hüquqi tənzimləmənin həyata
keçirilməsində fermerlər kömək məqsədilə Nazirliyə tövsiyələrini təqdim etmək
kimi imkanlarının olduğunu qeyd edib. Bundan əlavə, fermerlərin inkişafına dəstək
mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə fermerlər tərəfindən innovativ
texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastrukturun tətbiqi ilə
bağlı təkliflərini Nazirliyə təqdim etmək, şuranın fəaliyyət istiqaməti üçün
zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada icra
hakimiyyəti orqanlarından və yerli özünüidarəetmə orqanlarından almaq, eləcə də
bunula bağlı onlara sorğu və təkliflər göndərmək, ölkənin aqrar sektorunda
fermerlərin mövcud problemlərinin həlli ilə bağlı koordinasiyalı qərarların
hazırlanması məqsədi ilə icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə
orqanlarına və digər aidiyyəti qurumlara təkliflərini təqdim etmək kimi
imkanlara da malikdirlər. Şura tərəfindən keçirilən iclaslarda müzakirə
olunan məsələlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarının və yerli
özünüidarəetmə orqanlarının nümayəndələrini, eləcə də kənd təsərrüfatı
sahəsində çalışan alim və mütəxəssisləri dəvət etmək, kənd təsərrüfatı
kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının
və inkişafının dəstəklənməsi üçün Nazirliyə təkliflər vermək, kooperativlərin
yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin
formalaşdırılmasında və kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə
birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsində iştirak
etmək, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və
xarici bazara çıxışını təmin edən mexanizmin yaradılmasına dair Nazirliyə
təqdim edilməsi üçün təkliflər hazırlama, kənd təsərrüfatı kooperativlərinin
istehsal bazasının modernləşdirilməsi, kooperativlərin istehsal vasitələrinə
tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi və kooperativ
bazarların fəaliyyəti üçün şərait yaradılmasına dair təkliflər təqdim etmək
hüququna da sahibdirlər. Rayonun
qabaqcıl fermerlərindən Sirac Nuruyev, Əsəd Mahmudov, Namiq Məmmədov, Elxan Cürənov çıxış
edərək fermerlər şurasının yaradılmasının hər bir kənd təsərrüfatı məhsulu
istehsalçısı üçün istər təchizat işlərinin həyata keçirilməsində, keyfiyyətli
məhsul becərilməsində, istərsə də məhsulun bazara çıxarılıb satılmasında çox
böyük köməyi olacağını qeyd ediblər.
Geniş müzakirə şəraitində keçən iclasda ölkədə
aqrar islahatların uğurla davam etdiyi bildirilib. Yerlərdə kənd təsərrüfatı
idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması,
Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi qarşısında fermerlərə daha
yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını
birgə axtarmaq kimi vəzifələr qoyması yüksək qiymətləndirilib. Respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı
göstərildiyini qeyd edən fermerlər əkin sahələrinin bir neçə dəfə artdığını və
bol məhsuldarlıq əldə olunduğunu bildiriblər. Məhz rayon rəhbərliyinin qayğısı
sayəsində əkin sahələrinin ildən-ilə artmasını, bütün kənd təsərrüfatı
məhsullarında yüksək göstəricilərin əldə olunmasını bu sahəyə olan marağın
təzahürü kimi qiymətləndiriblər. Qarşıda duran vəzifələrdən söz açan fermerlər
görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. İclasın sonunda 15 nəfərdən ibarət Fermerlər
Şurasının İdarə Heyəti təsis olunub. Yusifov Anar Müzəffər oğlu yekdilliklə Qazax rayon Fermerlər
Şurasının sədri seçilib. Qazax rayon
Fermerlər Şurasına seçilmiş şəxslərin SİYAHISI S/S Soyadı, adı, atasının adı Məşğuliyyəti Rayon Fermerlər Şurasında tutduğu vəzifə Yaşadığı ünvan 1 Yusifov Anar Müzəffər Kartofçuluq, taxılçılıq Sədr Qazax şəhəri 2 Məmmədəliyev Adil Məmməd Kartofçuluq Üzv Qazax rayonu, Xanlıqlar kəndi 3 Nuryev Sirac Qəhrəman Üzümçülük Üzv Qazax rayonu, Çaylı kəndi 4 Cürənli Elxan Firuddin Taxıl toxumçuluğu Üzv Qazax rayonu, Daş Salahlı kəndi 5 Yusifov Asif Adgözəl Taxıl toxumçuluğu Üzv Qazax raynu, Daş Salahlı kəndi 6 Məmmədov Natiq Kamaləddin Heyvandarlıq Üzv Qazax rayonu, Birinci Şıxlı kəndi 7 Zeynalov Azad Vəli Taxılçılıq Üzv Qazax rayonu, Xanlıqlar kəndi 8 Hüseynov Asif Cəlal Heyvandarlıq Üzv Qazax rayonu, Qaymaqlı kəndi 9 Mustafayev Əli Abbas Kartofçuluq Üzv Qazax rayonu, Cəfərli kəndi 10 Mahmudov Əsəd Hacısaleh Üzümçülük Üzv Qazax rayonu, Hüseynbəyli kəndi 11 Cürənli Elyar Firuddin İstixana təsərrüfatı Üzv Qazax rayonu, Daş Salahlı
kəndi 12 Vəliyeva Səfurə Məti Taxılçılıq, kartofçuluq Üzv Qazax rayonu, Çaylı kəndi 13 Cəfərov Alı Oruc Arıçılıq Üzv Qazax rayonu, Quşçu Ayrım kəndi 14 Həsənov İlqar Fəddin Arıçılıq Üzv Qazax rayonu, Aşağı Salahlı kəndi 15 Yusifov Afiq Rüstəm Taxılçılıq, kartofçuluq Üzv Qazax rayonu, Dəmirçilər kəndi GOYEZEN.AZ
Facebook-da paylaş