Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda Fermerlər Şurası yaradılıb
Qazaxda Fermerlər Şurası yaradılıb4-09-2018, 12:42 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sentyabrın 3-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında rayon fermerlərinin iclası keçirilib. İclasın sədri Asif Yusifov Fermerlər Şurasının yaradılmasının əhəmiyyəti, şuranın fəaliyyət istiqamətləri haqqında məlumat verərək qeyd edib ki, bu şuranın yaradılması biz fermerlərə istək və ehtiyaclarımızı daha asanlıqla aidiyyatlı təşkilatlara çatdırmağımız, təkliflərimizi irəli sürməyimiz, təsərrüfatlarımızı inkişaf etdirməyimiz üçün çox əhəmiyyətlidir. Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verən iclas sədri fermerlərin aqrar sahədə mövcud problemlərini müzakirə etmək və həlli üçün təkliflərini Nazirliyə təqdim etmək, ölkənin aqrar sektorunda fermerlərin davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən dövlət siyasətinə dəstək vermək, ölkədə fermerlərin aqrar sahədə prioritet istiqamətlərinin müəyyən edilməsində və bu sahədə hüquqi tənzimləmənin həyata keçirilməsində fermerlər kömək məqsədilə Nazirliyə tövsiyələrini təqdim etmək kimi imkanlarının olduğunu qeyd edib. Bundan əlavə, fermerlərin inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə fermerlər tərəfindən innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastrukturun tətbiqi ilə bağlı təkliflərini Nazirliyə təqdim etmək, şuranın fəaliyyət istiqaməti üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarından və yerli özünüidarəetmə orqanlarından almaq, eləcə də bunula bağlı onlara sorğu və təkliflər göndərmək, ölkənin aqrar sektorunda fermerlərin mövcud problemlərinin həlli ilə bağlı koordinasiyalı qərarların hazırlanması məqsədi ilə icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına və digər aidiyyəti qurumlara təkliflərini təqdim etmək kimi imkanlara da malikdirlər. Şura tərəfindən keçirilən iclaslarda müzakirə olunan məsələlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, eləcə də kənd təsərrüfatı sahəsində çalışan alim və mütəxəssisləri dəvət etmək, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi üçün Nazirliyə təkliflər vermək, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılmasında və kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsində iştirak etmək, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılmasına dair Nazirliyə təqdim edilməsi üçün təkliflər hazırlama, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi və kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılmasına dair təkliflər təqdim etmək hüququna da sahibdirlər. Rayonun qabaqcıl fermerlərindən Sirac Nuruyev, Əsəd Mahmudov, Namiq Məmmədov, Elxan Cürənov çıxış edərək fermerlər şurasının yaradılmasının hər bir kənd təsərrüfatı məhsulu istehsalçısı üçün istər təchizat işlərinin həyata keçirilməsində, keyfiyyətli məhsul becərilməsində, istərsə də məhsulun bazara çıxarılıb satılmasında çox böyük köməyi olacağını qeyd ediblər.
Geniş müzakirə şəraitində keçən iclasda ölkədə aqrar islahatların uğurla davam etdiyi bildirilib. Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması, Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyması yüksək qiymətləndirilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərildiyini qeyd edən fermerlər əkin sahələrinin bir neçə dəfə artdığını və bol məhsuldarlıq əldə olunduğunu bildiriblər. Məhz rayon rəhbərliyinin qayğısı sayəsində əkin sahələrinin ildən-ilə artmasını, bütün kənd təsərrüfatı məhsullarında yüksək göstəricilərin əldə olunmasını bu sahəyə olan marağın təzahürü kimi qiymətləndiriblər.
Qarşıda duran vəzifələrdən söz açan fermerlər görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
İclasın sonunda 15 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub. Yusifov Anar Müzəffər oğlu yekdilliklə Qazax rayon Fermerlər Şurasının sədri seçilib. Qazax rayon Fermerlər Şurasına seçilmiş şəxslərin SİYAHISI
GOYEZEN.AZ Geri qayıt |