• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir

Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Son illərdə Azərbaycanda əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilir, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Respublika Prezidentinin imzaladığı sərəncamlara uyğun olaraq istər paytaxt Bakı, istərsə də ölkənin bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir.

2017-ci ildə Qazax rayonunda qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusundan Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla, 6 ədəd subartezian quyusunun qazılaraq istifadəyə verilməsi də bu sahədə görülən işlərin əyani sübutudur.

Hər il olduğu kimi, bu il də əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında Respublika Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.

Ölkə Başçısının 12 mart 2018-ci il tarixli sərəncamına əsasən Qazax rayonunun 11 yaşayış məntəqəsində - Çaylı və Orta Salahlı kəndlərində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

Həmin sərəncama uyğun olaraq hazırda Çaylı və Orta Salahlı kəndlərinin hər birində 2, Qarapapaq, Canalı və Hüseynbəyli kəndlərində 1 ədəd olmaqla, 7 ədəd subartezian quyusunun qazıntısı başa çatmışdır. Digər subartezian quyularının qazıntısı işləri də uğurla davam etdirilir.

Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir
GOYEZEN.AZ


Facebook-da paylaş